Nazir istefaya hazırlaşır, İsrail-HƏMAS razılaşması kimin xeyrinədir? - ŞƏRH

Nazir istefaya hazırlaşır, İsrail-HƏMAS razılaşması kimin xeyrinədir? - ŞƏRH

Xəbər verdiyimiz kimi, İsrail, HƏMAS, ABŞ və Qətər təmsilçiləri atəşkəs barədə rəsmi razılaşma imzalayıblar. Sənəddə girovların azad edilməsi və Qəzza bölgəsində atəşin dayandırılması nəzərdə tutulur.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şahin Cəfərli deyib ki, sözügedən anlaşmaya baxanda kimin qalib, kimin məğlub olduğu başa düşülmür. Onun sözlərinə görə, hətta razılaşmanın HƏMAS-ın lehinə olduğunu söyləmək yanlış olmaz:

 

“Birinci mərhələdə, yəni 42 gün ərzində cəmi 33 girovun əvəzində İsrail 1200-dən çox fələstinlini öz həbsxanalarından buraxacaq. Bunların içərisində terrorçuluqda və digər ağır cinayətlərdə ittiham olunan, məhkum edilən xeyli adam var. İsrail ordusu Qəzza daxilində hazırkı mövqelərindən 700 metr geri çəkiləcək, Misirlə sərhəddəki Rəfah nəzarət-buraxılış məntəqəsi açılacaq, humanitar yüklər əvvəlkindən artıq həcmdə Qəzzaya daxil olacaq. İkinci mərhələdə isə digər girovların buraxılması müqabilində İsrail ordusunun tamamilə Qəzzadan çıxması nəzərdə tutulur. Bu, o deməkdir ki, HƏMAS öz mövcudiyyətini qorumaq və yenidən güclənmək imkanı qazanır”.

 

Ekspert bildirdi ki, anlaşma İsrail hakim koalisiyası daxilində ultraradikal və dindar sionistlərin, yəni milli təhlükəsizlik naziri Ben Qvir və maliyyə naziri Smotriçin kəskin etirazına səbəb olub:

 

“Ben Qvirin istefaya hazırlaşdığı barədə xəbərlər var, Smotriç də partiyasının hökuməti tərk edə biləcəyini deyib.Bayden administrasiyası tərəfindən hazırlanan razılaşmanın qəbulunda Donald Trampın ciddi rolu oldu. O, andiçmədən əvvəl anlaşma əldə olunması üçün Netanyahuya təzyiq göstərdi və HƏMAS-a ultimatum verdi. Ənənəvi diplomatiyaya qıcığı olan Trampın sövdələşmə əldə etmə metodu budur. Demokratlar kimi uzun-uzadı, nəticəsiz görüşlər və telefon danışıqları aparmaq bu eqosentrik adamın stili deyil”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...