"Rusiya-Ukrayna müharibəsini Tramp bu ölkə ilə birgə bitirəcək" - AÇIQLAMA

"Rusiya-Ukrayna müharibəsini Tramp bu ölkə ilə birgə bitirəcək" - AÇIQLAMA

“Ukraynada gərginliyin artmasına səbəb Qərbin Türkiyənin səylərinə kifayət qədər dəstək verməməsidir”.

 

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü (AK Partiya) Ömər Çelik deyib. O bildirib ki, Ukraynada artıq hipersonik raketlərdən istifadə edilir. “Qərb dövlətləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna ilə Rusiya arasında müharibənin başa çatması üçün ortaya qoyduğu diplomatik səyləri kifayət qədər dəstəkləmir. Əgər güclü dəstək verilsə idi, bu gün getdikcə qloballaşan müharibə gündəmini yox, başqa gündəmləri müzakirə edərdik”, - Çelik əlavə edib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, rəsmi Ankara Şərqi Avropada sabitliyin təmin olunmasında, həqiqətən, maraqlıdır:

 

“Ankaranın həm Moskva, həm də Kiyevlə normal münasibətləri var. Ona görə də perspektivdə seçim qarşısında qalmaq istəmir. Eyni zamanda müharibənin davam etməsi perspektivdə Türkiyə - NATO, Türkiyə- ABŞ münasibətlərinə təsir edə bilər. Ankara bunu da istəmir. Türkiyə həmçinin Qərbin və NATO-nun müharibə vasitəsilə Şərqi Avropada güclənməsində də maraqlı deyil. Məhz bu səbəblərdən Türkiyə bütün imkanları ilə tərəfləri bir araya gətirməyə çalışır. Əslində Türkiyənin vasitəçiliyi ilə tərəflər arasında bir neçə dəfə razılıq əldə olunub. Ankaranın sayəsində vaxtı ilə sülhə bir addım qalmışdı. Bu gün isə sülhün bərpa olunması və danışıqların başlanması daha çətindir. Bunun üçün Türkiyə həm də ABŞ və Qərb dövlətləri ilə danışıqlar aparmalıdır. Təkcə Kiyev və Moskva ilə təmaslar kifayət deyil”.

 

Şərhçi qeyd etdi ki, Qərbin və Ankaranın Ukrayna ilə bağlı mövqeləri müxtəlifdir:

 

“ABŞ və Avropanın əksər dövlətləri Türkiyədən fərqli olaraq Ukraynadakı müharibənin genişlənməsində maraqlıdır. ABŞ-dəki prezident seçkilərində Respublikaçı Donald Trampın qalib gəlməsi, sözsüz ki, Ukraynadakı müharibəyə təsir edəcək. Onun Ukraynadakı müharibəyə son qoyması mümkündür. Güman ki, bu, Ukraynaya dəstəyin azaldılması nəticəsində bu dövlətin danışıqlar masasına otuzdurulması ilə baş verəcək. Andiçmə mərasimindən sonra Tramp hakimiyyəti ilə Türkiyə Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlara və birgə işə başlaya bilər. Ehtimal etmək olar ki, Ankara ilə Tramp hakimiyyətinin koordinasiyalı səyləri nəticəsində müharibə 2025-ci ildə başa çatacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...