Evdən 3000 manat dəyərində naqil oğurlandı

Cəmiyyət
12:38 / 05.11.2024
3770
Binə qəsəbəsində evlərin birindən naqilin oğurlayan şəxs saxlanılıb.
Sfera.az xəbər verir ki, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə müraciət edən ev sahibi oktyabrın 27-nə keçən gecə evindən 3000 manat dəyərində naqilin oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı B.Abdullayev müəyyən olunaraq saxlanılıb.