Gəncədə 44 yaşlı kişi qətlə yetirildi - SAXLANILAN VAR

Cəmiyyət
18:12 / 02.11.2024
10064
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinə Daşkəsən rayon sakini 1980-ci il təvəllüdlü Şəmistan Süleymanovun kəsici-deşici alətlə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Nəsimi Mustafayev saxlanılıb.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.