Ərdoğan İstanbulda İraqın Baş nazirini qəbul etdi

Dünya
16:27 / 01.11.2024
4930
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şia əs-Sudanini İstanbulda qəbul edib.
Sfera.az xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyası yayıb.
Məlumata görə, görüş İstanbulda Vahdettin iqamətgahında keçirilir.
Bildirilib ki, liderlər ikitərəfli və regional məsələləri müzakirə edirlər.