COP29-a hazırlıqlar çərçivəsində təlimlər keçirildi

COP29-a hazırlıqlar çərçivəsində təlimlər keçirildi

Dövlət Turizm Agentliyi və tabeliyindəki Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə turizm sənayesinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirinə hazırlığı çərçivəsində hotel restoranları və digər ictimai-iaşə obyektlərinin əməkdaşları üçün təşkil edilən təlimlər başa çatıb.

 

Sfera.az bu barədə agentliyə istinadən xəbər verir.

 

Məlumata görə, 30 gün davam edən təlimlərdə həm sərbəst, həm də hotellərin tərkibində fəaliyyət göstərən 220 ictimai-iaşə müəssisəsindən ümumilikdə 500-dən çox sənaye üzvü iştirak edib.

 

Təlimlərdə, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri qida təhlükəsizliyi və müvafiq qanunvericilik haqqında məlumat verib.

 

Təlimi keçən 12 nəfərə Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasının ("Wordlchefs") beynəlxalq ekspertləri 8 gün ərzində "Təlimçilərin Təlimi" proqramı tədris edin.

 

Onlara keçirilən təlimlər nəzəri və praktiki olmaqla, 2 hissədən ibarət olub və qida təhlükəsizliyi, milli və beynəlxalq menyular, veqan/vegeterian paketlərinin gündəlik menyuya daxil edilməsi texnikası, mətbəxlərdə karbon emissiyasının azaldılması, qida iaşə fəaliyyətlərində ekoloji dayanıqlılığın təmini, müştəri məmnuniyyətinin təkmilləşdirilməsi və mətbəx xidməti kimi mövzuları əhatə edib.

 

Yerli təlimçilər bu mərhələni uğurla tamamladıqdan sonra imtahan verərək ikinci mərhələdə iştirak etmək şansı əldə ediblər. Daha sonra sənaye subyektlərinin administrativ və mətbəx personalına təlimlərə başlayıblar.

 

Layihənin əsas məqsədi COP29 zamanı və ondan sonrakı dövrdə sənaye subyektlərin qeyd olunan mövzular üzrə beynəlxalq standartlar əsasında hazırlanmasına və sənayenin inkişafına dəstək verməkdir.


OXŞAR XƏBƏRLƏR

Qvineya-Bisau Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdi

Azərbaycanda rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, ...

Küləklə bağlı xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, fevralın 28-i və ma...

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə “Daun xəstəlik deyil, fərqlilikdir” adlı tədbir keçirilib

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində Daun Sindromlu Şəxslərin Reabilitasiya ...

Dünyaca məşhur musiqiçi Bakıya gəlir

Dünyaca məşhur kamança və saz ustası, dərin melodiyaların sənətkarı Mark Eliyahu Bakıda olacaq.   Sfera.az xəbər verir ki, bu barədə “İticket.a...

İlham Əliyev Qvineya-Bisauya dəvət olundu

Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisauya səfərə dəvət olunub.   Sfera.az xəbər verir ki, bu barədə İlham Əliyev adıçəkilən respublikan...

Daha bir nəfər spirtdən öldü - say 20-ni keçdi

Bakıda daha bir nəfər spirtdən zəhərlənərək ölüb.    Sfera.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə al...