Elm və təhsil naziri UNESCO-nun Qlobal Təhsil Görüşündə çıxış etdi

Elm və təhsil naziri UNESCO-nun Qlobal Təhsil Görüşündə çıxış etdi

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun Qlobal Təhsil Görüşündə iştirak üçün Braziliyanın Fortaleza şəhərində səfərdədir.

 

Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, tədbirin ilk günündə nümayəndə heyəti Qlobal Təhsil Monitorinqi Hesabatının təqdimatında, eləcə də təhsildə bərabərlik və inklüzivlik, təhsil, elm və texnologiya kimi bir sıra plenar sessiyalarda iştirak edib.

 

Oktyabrın 31-də Emin Əmrullayev tədbirin iqlim və ətraf mühit mövzusuna həsr olunmuş sessiyasında bağlanış nitqi ilə çıxış edib. Sessiyadakı çıxışında nazir Azərbaycanda həyata keçirilən yaşıl təhsil və iqlim təhsili siyasəti haqqında məlumat verib və ölkəmizin uğurlu təcrübələrini bölüşüb. Emin Əmrullayev həmçinin tezliklə ölkəmizdə keçiriləcək COP29-un əhəmiyyətini vurğulayıb və auditoriya iştirakçılarını bu tədbirdə iştiraka dəvət edib.

 

31 oktyabr – 1 noyabr tarixlərində keçirilən UNESCO-nun Qlobal Təhsil Görüşündə təşkilata üzv ölkələrin təhsil və maliyyə nazirləri, UNESCO-nun baş direktorunun təhsil üzrə müavini Stefaniya Ciannini və bir sıra təşkilatların rəsmiləri iştirak edirlər.

 

Qeyd edək ki, tədbir bu gün öz işinə yekun vuracaq.


OXŞAR XƏBƏRLƏR

Küləklə bağlı xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, fevralın 28-i və ma...

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə “Daun xəstəlik deyil, fərqlilikdir” adlı tədbir keçirilib

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində Daun Sindromlu Şəxslərin Reabilitasiya ...

Dünyaca məşhur musiqiçi Bakıya gəlir

Dünyaca məşhur kamança və saz ustası, dərin melodiyaların sənətkarı Mark Eliyahu Bakıda olacaq.   Sfera.az xəbər verir ki, bu barədə “İticket.a...

İlham Əliyev Qvineya-Bisauya dəvət olundu

Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisauya səfərə dəvət olunub.   Sfera.az xəbər verir ki, bu barədə İlham Əliyev adıçəkilən respublikan...

Daha bir nəfər spirtdən öldü - say 20-ni keçdi

Bakıda daha bir nəfər spirtdən zəhərlənərək ölüb.    Sfera.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə al...

Sumqayıt məktəbində QALMAQAL: Müavinlər çıxarıldı, direktor vəzifəsində qaldı

Sumqayıt şəhərindəki Məhəmməd Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbində aparılan maliyyə yoxlamalarının nəticələri narazılıqlara səbəb olub. &nb...