“Narkomaniyaya yox deyək” və “Erkən nikahın fəsadları” mövzularında maarifləndirmə tədbiri keçirildi

“Narkomaniyaya yox deyək” və “Erkən nikahın fəsadları” mövzularında maarifləndirmə tədbiri keçirildi

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Quba rayon Tibb Kollecində “Narkomaniyaya yox deyək” və “Erkən nikahın fəsadları” mövzularında maarifləndirmə tədbiri keçirilib. 

 

Sfera.az xəbər verir ki, tədbirdə RPŞ-nin əməkdaşları, kollecin pedaqoji heyəti və tələbələri iştirak ediblər.

 

Tələbələrlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb.

 

Həmçinin, çıxış edən RPŞ-nin xidmət üzrə rəis müavini, polis polkovniki Vüsal Rüstəmov tələbələrə erkən nikahın fəsadlarından bəhs edərək onlara bu mövzuda ətraflı məlumat verib.

 

Sonda mövzularla bağlı videoçarxlar nümayiş olunub və təbələri maraqlandıran suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR

Dünyaca məşhur musiqiçi Bakıya gəlir

Dünyaca məşhur kamança və saz ustası, dərin melodiyaların sənətkarı Mark Eliyahu Bakıda olacaq.   Sfera.az xəbər verir ki, bu barədə “İticket.a...

İlham Əliyev Qvineya-Bisauya dəvət olundu

Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisauya səfərə dəvət olunub.   Sfera.az xəbər verir ki, bu barədə İlham Əliyev adıçəkilən respublikan...

Daha bir nəfər spirtdən öldü - say 20-ni keçdi

Bakıda daha bir nəfər spirtdən zəhərlənərək ölüb.    Sfera.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə al...

Sumqayıt məktəbində QALMAQAL: Müavinlər çıxarıldı, direktor vəzifəsində qaldı

Sumqayıt şəhərindəki Məhəmməd Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbində aparılan maliyyə yoxlamalarının nəticələri narazılıqlara səbəb olub. &nb...

Qvineya-Bisau Prezidenti Bakıda Zəfər parkını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Bakıda Zəfər parkını ziyarət edib.   Sfer...

Nurlan Librenin evindən qızıl götürülüb? - Polisdən AÇIQLAMA

İqtisadi fəaliyyət sahəsində olan cinayət faktı ilə əlaqədar həbs edilən Nurlan Qəhrəmanlının (Libre) yaşadığı evdə aparılan axtarışla bağlı sosial şəbəkələrdə ...