Ali Məhkəmənin hakimi təqaüdə göndərildi - FOTO

Cəmiyyət
13:36 / 01.11.2024
3177
Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Əziz Seyidov təqaüdə göndərilib.
Sfera.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Qeyd edilib ki, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Əziz Seyidovun uzun illər prokurorluq orqanlarında və məhkəmədə səmərəli fəaliyyətindən danışaraq uğurlar arzu edib.
Ə.Seyidova Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.