Avtobuslar COP29 zolaqlarına girə bilər? - RƏSMİ AÇIQLAMA

Avtobuslar COP29 zolaqlarına girə bilər? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gündən Bakıda bir sıra küçə və prospektlərdə təşkil edilmiş COP29 zolaqlarına avtomobillərin daxil olması qadağan edilib.

 

Sfera.az xəbər verir ki, ötən gün aidiyyəti dövlət qurumu tərəfindən həmin zolaqlara müntəzəm marşrut xətləri üzrə avtobusların daxil olmaması ilə bağlı da göstəriş verilib. Lakin bu gün səhər avtobusların sürücü monitorlarına bildirişlər göndərilərək müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobusların müvəqqəti olaraq COP29 nişanlı zolaqlardan istifadə edə biləcəyi bildirilib.

 

Bu qərar bir sıra istiqamətlərdə sürücülərin çaşqınlıq yaşamasına səbəb olsa da, qısa vaxtda sərnişindaşıma ilə bağlı vəziyyət qaydasına düşüb.

 

Bildirilib ki, COP29 beynəlxalq tədbirləri ilə əlaqədar müəyyən edilmiş vaxtadək avtobuslar bu zolaqlara daxil ola bilər. Lakin tədbir günlərində avtobuslar da COP29 zolaqlarına buraxılmayacaq. Belə ki, buradan yalnız müvafiq icazəsi olan nəqliyyat vasitələri istifadə edə biləcək.

 

Qeyd edək ki, daha əvvəl AYNA tərəfindən verilmiş açıqlamalarda tədbirdən sonra COP29 zolaqlarının avtobus zolağı kimi saxlanmasının nəzərdə tutulduğu bildirilib.

 

Onu da əlavə edək ki, qanunvericiliyə əsasən, COP29 zolaqları avtobus zolaqları statusundadır və 5.9-cu - “ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq” nişanı ilə işarələnir. Buraya qanunsuz daxil olan digər nəqliyyat vasitələri 100 manat + 3 cərimə balı dəyərində cəzalandırılır.


OXŞAR XƏBƏRLƏR

Qvineya-Bisau Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdi

Azərbaycanda rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, ...

Küləklə bağlı xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, fevralın 28-i və ma...

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə “Daun xəstəlik deyil, fərqlilikdir” adlı tədbir keçirilib

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində Daun Sindromlu Şəxslərin Reabilitasiya ...

Dünyaca məşhur musiqiçi Bakıya gəlir

Dünyaca məşhur kamança və saz ustası, dərin melodiyaların sənətkarı Mark Eliyahu Bakıda olacaq.   Sfera.az xəbər verir ki, bu barədə “İticket.a...

İlham Əliyev Qvineya-Bisauya dəvət olundu

Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisauya səfərə dəvət olunub.   Sfera.az xəbər verir ki, bu barədə İlham Əliyev adıçəkilən respublikan...

Daha bir nəfər spirtdən öldü - say 20-ni keçdi

Bakıda daha bir nəfər spirtdən zəhərlənərək ölüb.    Sfera.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə al...