Şagirdlərin elektron yerdəyişməsi BAŞLADI

Şagirdlərin elektron yerdəyişməsi BAŞLADI

Bu gündən 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi başlayıb.

 

Sfera.az xəbər verir ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

 

Müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər də 1 noyabr - 1 dekabr tarixlərində ümumi təhsil müəssisələrinə qəbul üçün sy.edu.az vasitəsilə müraciət edə bilərlər.

 

Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə noyabrın 25-i saat 11:00-dan etibarən aktiv ediləcək.

 

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi sistemində 2024-2025-ci tədris ilində tətbiq edilən yeniliyə əsasən istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması məqsədilə Azərbaycan vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşlarının şəxsi kabinetə "istifadəçi adı və şifrə" ilə daxil olması məhdudlaşdırılacaq.

 

Şəxsi kabinetə giriş yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR

Diaqnoz hər kəsi təəccübləndirdi: Alimlər yeni doğulmuş körpədə yeni bir koronavirus aşkar etdilər

Bu yaxınlarda Koreyalı alimlər COVID-19-a səbəb olan virusdan fərqli yeni insan koronavirusu (HCoV) aşkar ediblər. Alfakoronavirus ailəsinə aid olan virus növü ...

Bakıda bu ərazidə mal əti adı ilə camış və at əti satırlarmış - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Yasamal rayonunun A.M.Şərifzadə küçəsində fəaliyyət göstər...

Qazaxıstanın XİN müavini Azərbaycanın səfiri ilə görüşdü

Qazaxıstanın xarici işlər nazirinin müavini Yermuxambet Konuspayev Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov ilə görüşüb. ...

"Xərçəng olandan sonra bacılarımdan imtina etdim"

Müğənni Sevda Əliqızı bacılarından imtina edib.   Sfera.az xəbər verir ki, sənətçi bu haqda "Etiraf" verilişində deyib. O bildirib ki,...

Polisdən maliyyə piramidalarına qarşı ƏMƏLİYYAT: 500 min manatlıq dələduzluq

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə investisiya şirkəti adı altında fəaliyyət göstərən "First Zenit Capital" səhi...

Qvineya-Bisau prezidenti komando hərbi hissəsində olub

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi nazi...