ABŞ Zurabişviliyə çağırış etdi

ABŞ Zurabişviliyə çağırış etdi

“ABŞ ümid edir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili araşdırmaya ölkədə parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı sübutlar təqdim edə biləcək”.

 

Sfera.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib. 

 

“Prezident öz adından çıxış edə bilər. Lakin, anladığım qədəri ilə, o, pozuntular barədə məlumata sahib olduğunu deyib, buna görə də, ümid edirəm ki, Zurabişvili həmin məlumatı təqdim edə biləcək”, - deyə Miller qeyd edib.

 

Bununla yanaşı, departament nümayəndəsi bir daha xatırladıb ki, ABŞ Gürcüstanla ikitərəfli münasibətlərini nəzərdən keçirməyə davam edir. 

 

Xatırladaq ki, dünən Gürcüstan prokurorluğu oktyabrın 26-da baş tutan parlament seçkilərində mümkün saxtalaşdırma halları ilə bağlı araşdırma başladıb və Zurabişvilini dindirilmə üçün prokurorluğa çağırıb. 

 

Lakin Gürcüstan lideri cavabında prokurorluğu öz işi ilə məşğul olmağa çağırıb.


OXŞAR XƏBƏRLƏR

Oğlan sinif yoldaşının 53 yaşlı anası ilə evlənir - FOTO

İsamu Tomioka gələcək həyat yoldaşı Midori ilə hələ məktəbdə oxuyarkən tanış olub. Ondan 21 yaş böyük olan qadın onun sinif yoldaşlarından birinin anası olub. B...

İnsanlar niyə təyyarələrə soldan minirlər?

Səyahət zamanı ağlınıza bəzi şeylər gəlir. Bu prosesdə stüardessaların, kabin heyətinin və pilotların təcrübə və təklifləri böyük əhəmiyyət kəsb edir.  ...

Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı

Azərbaycanlı bloger, “Subo” adı ilə tanınan Sübhan Murad oğlu Məmmədovun Rusiya vətəndaşlığı ləğv edilib.   Sfera.az xəbər verir ki, bu b...

Quterreş Öcalanın silahı yerə qoymaqla bağlı müraciətini alqışlayıb

  BMT Baş katibi Antoniu Quterreş PKK terror təşkilatının Türkiyədə ömürlük həbsdə olan lideri Abdullah Öcalanın 40 ildən artıq davam edən münaqişənin h...

Tramp Zelenski ilə bağlı dediklərini təkzib etdi

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə Ukrayna lideri Volodimir Zelenskini hələ də diktator hesab edib-etməməsi ilə b...

Hansı spirtin qəbulu ağır ölümə səbəb ola bilər? – ARAŞDIRMA

Son günlərdə spirtdən ölənlərin sayı artır. Onların texniki spirtdən zəhərləndiyi bildirilir.   Bəs insanların həyatına son qoyan etil spirtidir, yox...