İlon Mask öz uşaqları üçün Texasda kompleks tikəcək

İlon Mask öz uşaqları üçün Texasda kompleks tikəcək

ABŞ-li milyarder, "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Mask dünyada doğum səviyyəsinin azalmasından ciddi narahatdır.

 

Sfera.az bu barədə "New York Times"a istinadən məlumat yayıb.

 

Məlumata görə, Mask təkcə süni mayalanmanı dəstəkləmir, həm də demoqrafik böhranın həlli üçün özü sperma donoru olmağa hazırdır.

 

Keçən il təşkil edilən ziyafətdə İlon Mask, hətta yalnız bir neçə dəfə görüşdüyü evli cütlüyə öz spermasını təklif edib. Milyarder bəşəriyyətin inkişafı üçün dünya əhalisinin artımının zəruri olduğuna qəti əmindir.

 

Mask özü çoxuşaqlı ata nümunəsi göstərir. Onun üç qadından artıq 11 uşağı var. Milyarder öz böyük ailəsi üçün Texasda üç malikanədən ibarət kompleks tikir və burada bütün uşaqlarını anaları ilə birlikdə yerləşdirməyi planlaşdırır.

 

Daha əvvəl İlon Mask aşağı doğum səviyyəsi fonunda Avropa İttifaqında demoqrafik böhranın qaçılmaz olduğunu bəyan edib.


OXŞAR XƏBƏRLƏR

Oğlan sinif yoldaşının 53 yaşlı anası ilə evlənir - FOTO

İsamu Tomioka gələcək həyat yoldaşı Midori ilə hələ məktəbdə oxuyarkən tanış olub. Ondan 21 yaş böyük olan qadın onun sinif yoldaşlarından birinin anası olub. B...

İnsanlar niyə təyyarələrə soldan minirlər?

Səyahət zamanı ağlınıza bəzi şeylər gəlir. Bu prosesdə stüardessaların, kabin heyətinin və pilotların təcrübə və təklifləri böyük əhəmiyyət kəsb edir.  ...

Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı

Azərbaycanlı bloger, “Subo” adı ilə tanınan Sübhan Murad oğlu Məmmədovun Rusiya vətəndaşlığı ləğv edilib.   Sfera.az xəbər verir ki, bu b...

Quterreş Öcalanın silahı yerə qoymaqla bağlı müraciətini alqışlayıb

  BMT Baş katibi Antoniu Quterreş PKK terror təşkilatının Türkiyədə ömürlük həbsdə olan lideri Abdullah Öcalanın 40 ildən artıq davam edən münaqişənin h...

Tramp Zelenski ilə bağlı dediklərini təkzib etdi

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə Ukrayna lideri Volodimir Zelenskini hələ də diktator hesab edib-etməməsi ilə b...

Hansı spirtin qəbulu ağır ölümə səbəb ola bilər? – ARAŞDIRMA

Son günlərdə spirtdən ölənlərin sayı artır. Onların texniki spirtdən zəhərləndiyi bildirilir.   Bəs insanların həyatına son qoyan etil spirtidir, yox...