Zərifə Abbasova ölkədən qaçdı - İnterpol onu axtarır

Zərifə Abbasova ölkədən qaçdı - İnterpol onu axtarır

Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinə məxsus 980 min manatı mənimsəməkdə təqsirli bilinərək qiyabi məhkum edilmiş Zərifə Abbasova ölkədən qaçıb.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmədən gizləndiyi üçün bir neçə ay axtarışda olan Zərifənin Bakı-İstanbul aviareysi ilə Azərbaycan Respublikasını tərk etdiyi məlum olub. Nəsimi Rayon Polis İdarəsi məhkəməyə göndərdiyi arayışda onun Türkiyədə yaşadığını qeyd edib.

 

Z.Abbasova artıq Dövlətlərarası və Beynəlxalq axtarışa verilib. İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosundan bildirilib ki, təqsirləndirilən xanımın yerinin müəyyən olunması istiqamətində İnterpol kanalları ilə axtarış tədbirləri davam edir.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Z.Abbasova barəsində qiyabi hökm çıxarılıb. Ona 10 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Qadının üzərinə həbs qoyulmuş evi də dövlətə dəymiş ziyanın bir qisminin ödənilməsi üçün müsadirə edilib.


OXŞAR XƏBƏRLƏR

24 nəfəri xəstəxanalıq edən sürücü qanunsuz işləyirmiş

"Bu gün Ağdam-Füzuli yolunda mikroavtobusun aşması və sərnişinlərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən mikroavtobus müntəzəm s...

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. &n...

Rusiya nümayəndə heyəti Azərbaycana gəlir - Münasibətlər stabilləşəcəkmi?

Bir sıra “Telegram” kanallarının məlumatına görə, Moskvada Azərbaycanla bağlı qeyri-rəsmi nümayəndə heyəti formalaşır. Nümayəndə heyəti bu həftə Bak...

Qəzada ölən 20 yaşlı Ülvinin FOTOSU

Xəbər verdiyimiz kimi, Lənkəranda minik maşınının yük avtomobilinə çırpılması nəticəsində 1 nəfər ölüb.   Sfera.az-ın "Unikal"a istinadən m...

PKK liderinin videosu yayıldı - "11 iyulda..."

PKK lideri Abdullah Öcalan təşkilatın tərksilah prosesi ərəfəsində video müraciət yayıb. Paylaşılan video mesajda Ömer Hayri Kaynar, Veysi Aktaş, Mahmut Yamalak...

İsti hava 10 gündə 2300 insanın həyatına son qoyub

Qlobal istiləşmə və iqlim dəyişikliyinin zərərləri ilə bağlı narahatlıqlar artdığı bir vaxtda, avropalı alimlərin apardığı yeni araşdırma diqqət çəkib.  ...