Sentyabrda ən çox yumurta BAHALAŞIB - RƏSMİ
14:58 / 11.10.2024
3360
2024-cü ilin sentyabrında ən çox bahalaşan ərzaq məhsulu yumurta olub.
Sfera.az xəbər verir ki, bir ayda yumurtanın qiyməti 4,1 faiz artıb. Bu artımdan sonra 10 ədəd yumurtanın qiyməti 1,5 manatı ötüb.
Sentyabrda yumurtadan başqa, ət və ət məhsullarının qiyməti 1,7 faiz, kərə və bitki yağlarının qiymət səviyyəsi 1 faiz artıb.
Ötən ay yalnız meyvələr ucuzlaşıb. Meyvələrin ümumi qiymət səviyyəsi 2,4 faiz enib. Meyvələrdən ən çox limon, alma, armud və üzüm ucuzlaşıb.
Vasif