Bu məşqçilər iki oyunluq cəzalandırıldı

Bu məşqçilər iki oyunluq cəzalandırıldı

AFFA-nın aşağı liqalarında çıxış edən iki komandanın köməkçi məşqçiləri 5 oyunluq cəza alıblar.

 

Sfera.az xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb.

 

U-16 Liqasında mübarizə aparan “Dinamo” (Bakı) kollektivindən Çıraq Behbudov ASTA ilə matçın 88-ci dəqiqəsində hakimi təhqir edib. Qırmızı vərəqə alan mütəxəssis texniki zonadan kənarlaşdırılıb.

 

U-13 Liqasında da oxşar hadisə yaşanıb. İOEUGİM (Sumqayıt) komandasından Asif Əsgərov eyni cəzanı alıb. O, “Məhəllə uşaqları” (Sumqayıt) ilə qarşılaşmanın 52-ci dəqiqəsində meydana daxil olaraq hakimlər briqadasının ünvanına xoşagəlməz ifadələr işlədib.

 

Bundan əlavə, AFFA U-11 Liqasında “Lamasya Baku”nun futbolçusu Heydər Xanlarov "Binə" (Bakı) ilə görüşdə hakimə əl-qol atdığı üçün meydandan kənarlaşdırılıb və 2 matçlıq cəza alıb. Ardınca onun valideyni qərara etiraz olaraq stadiona girib, bu səbəbdən komandaya xəbərdarlıq edilib.


OXŞAR XƏBƏRLƏR

Qazinin faciəvi şəkildə ölən xanımı ilə nikahından -VİDEO

Xəbər verdiyimiz kimi, 20 yaşlı gəlin paltar sərərkən balkondan yıxlaraq dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, 2 ayın gəlini olan Könülü...

Ərdoğan İmamoğlu ilə bağlı bunu dəstəklədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP sədri Dövlət Baxçalının İmamoğlu işi ilə bağlı məhkəmə prosesinin TRT-də yayımlanması ilə bağlı çağırışını dəstəkləy...

Bakıda səkiyə çıxan maşın ana və qızını vurdu – Ölən var - VİDEO

Paytaxtın Qaradağ rayonunda ağır qəza baş verib.   Baş Dövlət Yol Polisi İdarəsindən Sfera.az-a bildirilib ki, hadisə bu gün saat 11 radələrində B...

Günəşdə daha bir güclü partlayış

Günəşdə M sinfinə aid partlayış qeydə alınıb.   Sfera.az-ın xəbərinə görə, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib...

Uşaq yayda dərs oxusun ya dincəlsin? - AÇIQLAMA

Bəzi valideynlər yay tətili müddətində uşaqlarını əlavə məşğələlərə göndərir və daha çox çalışmasını tələb edirlər. Onların fikrincə, dərsdən tam uzaqlaşsa, yen...

Bakıda məşhur otelin adı DƏYİŞƏCƏK

"Yeni Dinamo Oteli" Məhdud Məsuliyyətli Cəmiyyəti adını dəyişir.   Sfera.az xəbər verir ki, hüquqi şəxs kimi qeydiyyatda olan şirkət b...