KİV: Fransa Rusiya ilə müharibəyə hazırlaşır

Fransa ordusu Rusiya ilə mümkün hərbi qarşıdurmaya fəal şəkildə hazırlaşır və 2025-ci ilin mayında Rumıniyada keçiriləcək NATO-nun “Dacian Spring 2025” irimiqyaslı hərbi təlimlərində iştirak edəcək.
Sfera.az xəbər verir ki bu barədə "Politico" məlumat yayıb. Təlimlərin əsas məqsədi Moskva ilə birbaşa hərbi toqquşma zamanı fransız bölmələrinin alyansın şərq cinahına tez yerləşdirməyə hazırlığını qiymətləndirməkdir.
Nəşr 2025-ci ilin Fransa silahlı qüvvələri üçün “həlledici sınaq” olacağını qeyd edir.
Fransa ordusunun Avropadakı quru komandanlığının rəhbəri, general Bertran Tuzuzun sözlərinə görə, təlimlər hərbi əməliyyatlara hazırlığa yanaşmanın dəyişdirilməsini əks etdirir.
“Biz müharibə oynayırdıq. İndi bizim dəqiq müəyyən edilmiş düşmənimiz var və biz əslində döyüşə gedəcəyimiz şəxslərlə təlim keçirik”, - deyən Touzuz Fransanın artıq hərbi təlimləri sadəcə formallıq hesab etmədiyini vurğulayıb.
NATO ölkələri, o cümlədən Fransa, alyansın siyasətinin daha geniş transformasiyasını əks etdirən Rusiya ilə birbaşa münaqişənin mümkünlüyünə əsaslanaraq hərbi planlaşdırma və təlim konsepsiyasını dəyişir.
Qeyd edək ki, cari hadisələr Ukraynada davam edən müharibə və NATO-nun Avropadakı şərq sərhədlərinin təhlükəsizliyi ilə bağlı artan narahatlıqlar fonunda cərəyan edir.
Məlumata görə, Fransa ordusu aktiv şəkildə yenidən qurulur və Ukrayna ərazisində baş verən yüksək intensivlikli döyüş əməliyyatları şəraitinə uyğunlaşır.
İnci
Sfera.az