Manual terapiya nədir və hansı problemlərdə faydalıdır? – Həkim AÇIQLADI

Manual terapiya nədir və hansı problemlərdə faydalıdır? – Həkim AÇIQLADI

Son zamanlar manual terapiya gündəmdə olan müalicə üsullarından birdir. İnsanların əksəriyyəti isə bu terapiya üsulundan çəkinir.

 

Bəs manual terapiya nədir və hər hansısa bir zərəri varmı?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim fizioterapevt Pərvin Əkbərov bildirib ki, manual terapiya öz praktik effektivliyi ilə əlaqədar son illər müxtəlif tibbi ixtisas sahələri və xəstələrin diqqətini özünə çəkməkdədir.

 

“Bu müalicə üsulu ilə qısa vaxtda oynaqların hərəkət həcmi bərpa olunur, ağrı, xüsusən bel və boyun, böyük oynaqlardakı ağrılar azalır, əzələ gərginliyi keçir. Sözün geniş mənasında manual terapiya dayaq-hərəkət sisteminin aktiv elementləri olan və yığılma qabiliyyətli əzələ, bağ, fassiyalara və passiv elementləri olan oynaqlar, oynaq qığırdaqları, fəqərəarası disklər, sümüküstlüyünə təsir etməklə bu iki element arasındakı patoloji əlaqəni pozur və normal(funksional) əlaqəni bərpa edir. Manual terapiya dayaq-hərəkət sisteminin geri dönən funksional pozulmalarının, reflektor əzələ spazmının, bağ gərilmələri və nəticədə hemodinamikanın, xüsusən venoz hemodinamikanın pozulmasının qarşısını alır. Bu terapiya onurğa xəstəliklərini müalicə edən kompleks üsullardan ibarət müalicə növüdür”.

 

Pərvin Əkbərov qeyd edib ki, onurğanın bel və boyun nahiyəsində bəzən ağrılar əmələ gəlir.

 

“Bu, onurğanın və disklərin sürüşməsi, qabarması nəticəsində baş verir. Belə hallar baş verdiyində fəqərə arası sinirlər sıxılır və əzələ spazmı artır. Manual terapevt xəstəliyə məruz qalmış nahiyəyə təsir edərək onurğanı və fəqərələr arası disklərin normal vəziyyətini bərpa edir, əzələ spazmını aradan qaldırır. Bu müalicə qaməti düzəldərək sərbəst hərəkəti təmin edir, əzələlərdə qanın mikrosirkulyasiyasını yüksəldir, əzələ tonusunu möhkəmləndirir və əzələ bağlarını elastikləşdirir. Əks göstərişləri isə bədxassəli şişlər, qan-damar xəstəlikləri, yüksək hərarət, yüksək təzyiq və onurğanın iltihabı xəstəlikləridir. Manual terapiya xüsusilə bel və boyun ağrısında Almaniyada ən çox istifadə edilən terapiya üsullarından biridir”.

 

Ülkər Abdurahmanlı

 


OXŞAR XƏBƏRLƏR

22 yaşında müraciət etdiyi işdən yarım əsr sonra cavab alan qadın - FOTO

Demək olar ki, hamımız böyük ümidlərlə işə müraciət etməyi, hətta mənfi və ya müsbət cavab almamağı da yaşamışıq. “Niyə işə götürmədilər”, “ni...

Bu qidalar cinsi istəyi zəiflədir

Qidalanma cinsi istəyə əhəmiyyətli təsir göstərə bilər.   Sfera.az xəbər verir ki, spirt və şəkər libidoya mənfi təsir göstərir. Bu qidalar testosteron...

15 saat dənizdə qayada ilişib qalan turist xilas edildi - FOTO

Portuqaliyanın Madeyra muxtar bölgəsində dənizdə qayaya ilişən polşalı turist hərbi pilotsuz uçan aparat tərəfindən xilas edilib.   Sfera.az xəbər veri...

Dənizə atılmış şüşədəki məktub 22 illik sirrin üstünü açmağa kömək etdi - FOTOLAR

12 yaşlı uşaq İngiltərənin Eastbourne şəhərində tənha çimərlikdə zibil yığarkən qeyri-adi kəşf edib. O, Con Darvinə aid olduğu güman edilən şüşə içərisində bir ...

Kristofer Kolumbun müəmmalı ölümü

İspaniyalı alimlər məşhur kəşfiyyatçı Kristofer Kolumbun ölümünün sirrini açıblar. Hindistana gedəcəyini düşünərkən Amerika qitəsini kəşf edən Kristofer Kolumbu...

"Barselona" keçmiş məşqçisindən iPhone və iPad-i qaytarmağı xahiş edib

İspaniya "Barselona"sının rəhbərliyi komandanın keçmiş baş məşqçisi Xavidən klubun ona və işçilərinə şəxsi istifadə üçün verdiyi iPhone və iPad-i geri...