Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır

Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.

 

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Sfera.az-a verilən məlumata görə, 2024 PT5 asteroidi 7 avqust tarixində Madriddə Komplutens Universitetinin astronomları tərəfindən kəşf edilib. Təxminən 10 metr uzunluğunda olan asteroid, 29 sentyabrdan 25 noyabradək Yerin cazibəsinə düşərək onun mini peykinə çevriləcək. Lakin hesablamalara əsasən, asteroid tam orbitə keçməyəcək və tezliklə yenidən Günəşin cazibə qüvvəsinə qayıdaraq səyahətini davam etdirəcək. Təəssüf ki, asteroid çox kiçik və tutqundur. 2024 PT5-in ulduz ölçüsü 27,6 olduğundan, nəinki adi gözlə, hətta həvəskar teleskoplarla belə onu izləmək mümkün olmayacaq.

 

Buna baxmayaraq, bu mini peykin mühüm elmi əhəmiyyəti var. Bu hadisə Yerə yaxınlaşan asteroidləri daha yaxşı başa düşmək, onların hərəkət trayektoriyasını təhlil etmək və Yerin cazibəsinə düşdükdə necə davrandığını araşdırmaq üçün mühüm bir nümunədir. Bu məlumatlar, gələcəkdə digər asteroidlərin Yerlə toqquşma ehtimalını qiymətləndirməkdə də əhəmiyyətli rol oynayacaq. Çünki bəzən asteroidlər Yerə çata bilir, lakin onların ölçüləri həmişə belə kiçik olmur.


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...