Metrodakı yoxlama aparatlarının şüaları qidalarımıza zərər verir?


Metrodakı yoxlama aparatlarının şüaları qidalarımıza zərər verir?

Azərbaycanda son illər metro stansiyalarının girişində təhlükəsizlik səbəbi ilə "X-Ray" cihazlarından istifadə olunur. Bu cihazlar vasitəsilə əl yüklərində olan hər bir obyekti görmək mümkündür. Hər bir əşya cihazda fərqli rəngdə göstərilir. Beləliklə, müxtəlif rənglər sayəsində bütün üzvi, metal və qeyri-üzvi komponentlər rentgen şüaları vasitəsilə aşkar edilə bilir.

 

Eyni zamanda içərisində qidalar olan əl çantalarımızı da "X-Ray" cihazlarından keçiririk. Cihazların yaydığı şüaların qidalarımıza təsir edib-etməməsi hər zaman müzakirə olunur.

 

Sfera.az xəbər  verir  ki, qida təhlükəsizliyi üzrə ekspert Fərid Səfərov modern.az-a açıqlamasında bildirib ki, cihaz istehsalçıları "X-Ray" cihazlarından yayılan radiasiyanı məhdudlaşdırmaq üçün müxtəlif ehtiyat tədbirləri görür və məhsullarını buna uyğun istehsal edirlər. Bunun üçün qurğuşun təbəqələr və ya panellərlə örtülmüş cihazlar istehsal olunur:

 

"X-Ray" cihazlarından yayılan şüaların qida ilə qarşılıqlı əlaqədə olmadığı məlumdur. Yəni cihazlardan alınan radiasiyanın kiçik dozasının qida və içkilərin tərkibində heç bir dəyişikliyə səbəb olmadığını bilirik. Mövzu ilə bağlı əhəmiyyətli bir araşdırma ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən aparılıb".

 

Fərid Səfərov bildirib ki, rentgen şüaları keçdiyi maddələrə radioaktiv xüsusiyyətlər vermir.

 

"Şüalar maddənin içindən keçərək yollarına davam edirlər. Onun keçdiyi materiala radiasiya yükləmək qabiliyyəti yoxdur. Bu üzdən rentgen cihazlarından keçən qidaları istehlak etməyin heç bir yan təsiri məlum deyil. Bundan əlavə, qida sənayesində rentgen qidaların sterilizasiyası və saxlama müddətinin uzadılması kimi sahələrdə istifadə edilir.

 

"X-Ray" cihazlarından keçən qidalar orta hesabla 0.2 millirad, ətrafdakı insanlar isə 0.02 millirad şüalanmaya məruz qalır. (qanuni limit 0.5 milliraddır). Rentgen aparatından yayılan miqdar insanın hər il aldığı radiasiyanın miqdarından 200 dəfə azdır", - deyə o bildirib.


OXŞAR XƏBƏRLƏR

Ədalət Şükürov AYNA-nı TƏNQİD ETDİ: “Bacarmırlarsa..." - VİDEO

Əməkdar artist Ədalət Şükürov paytaxt yollarından və tıxaclarından narazılığını dilə gətirib.   Sfera.az xəbər verir ki, sənətçi bu barədə APA TV-yə ...

Nəcməddin Sadıkov aylar sonra üzə çıxdı - FOTO

Müdafiə nazirinin sabiq birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi general-polkovnik Nəcməddin Sadıkov uzun fasilədən sonra ictimaiyyət a...

Nəzrinin ölümündə ittiham edilən sınıqçıya bu cəza verildi

Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı ittiham olunan şəxs barəsində istintaq orqanının təqdimatına baxılıb.   Sfera.az APA-...

Laçın və Şuşada əmək yarmarkaları təşkil ediləcək

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Laçın və Şuşa rayonlarında əmək yarmarkaları təşkil ediləcək.   ...

İlham Əliyev Amina Mohammedi QƏBUL ETDİ - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da BMT Baş katibinin birinci müavini Amina Mohammedi qəbul edib.   Sfera.az xəbər veri...

Yeni təyin olunan hakimlər and içdilər - FOTO

Azərbaycan Ali Məhkəməsi Plenumunun iclasında təyinat alan yeni hakimlərdən İlqar Cəfərov, Sərvər Vəliyev və Şirvan Apellyasiya Məhkəməsinə təyin edilmiş Qasım ...