Valideynlərin DİQQƏTİNƏ: Uşaqlarınız bu cür oturursa...

Valideynlərin DİQQƏTİNƏ: Uşaqlarınız bu cür oturursa...

Bu günlərdə dünya mediasında uşaqların "W" hərfi şəklindəki və ya digər adıyla kəpənəkvari oturuşlarının zərərləri barədə müxtəlif məlumatlar tirajlanır.

 

Sfera.az xəbər verir ki, bəzi həkimlərin qənaətinə görə, bu oturuş formasında heç bir qeyri-adi hal yoxdur. O, heç bir xəstəliyin əlaməti hesab edilmir.

 

Ancaq bir çox həkimlər bu oturuş tərzinin uşağın sağlamlığına zərər vurduğunu iddia edir.

 

"W" oturuş formasında bədənin əsas gücünün məhdudlaşdırıldığı düşünülür. Çünki bu cür oturan uşaqlar qarın və kürək əzələlərini eyni anda istifadə etmirlər. Həkimlər bildirir ki, bu hal əzələ sərtliyinə səbəb olur və bu sərtlik ayaq, omba, diz və topuq əzələlərində özünü göstərir. Bu oturuş tərzində aktiv istifadə edilməyən əzələlər zamanla fəaliyyətlərini zəiflədir və nəticədə orqanizmdə nevroloji problemlər yaranır.

 

Uzun müddət "W" şəklində oturmaq uşaqlıqda əldə edilməli olan hərəkət bacarıqlarının inkişafını gecikdirir. Yuxarıda sadalanan zərərlər bir çox həkimin qənaətidir.

 

Ancaq bu oturuş formasının heç bir zərərinin olmadığını iddia edən həkimlərin də sayı az deyil. Onlar bunun təbii olduğunu deyirlər.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR