Azərbaycan Orta Asiya ölkələri energetika nazirlərinin birinci iclasında İŞTİRAK EDƏCƏK
İqtisadiyyat
14:26 / 05.08.2024
7190
Azərbaycan avqustun 6-da Astanada Orta Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında iştirak edəcək.
Sfera.az bu barədə Qazaxıstan Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir.
“Görüşdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistanın energetika nazirləri və Azərbaycanın energetika nazirinin müavininin çıxışları planlaşdırılır”, - məlumatda bildirilib.
İclasa Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev sədrlik edəcək.
Azərbaycan Energetika Nazirliyindən “Report”a bildirilib ki, görüşdə energetika nazirinin müavini Orxan Zeynalov iştirak edəcək.