Hakan Fidan Misirə gedir
Dünya
18:21 / 03.08.2024
12595
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Misirə səfər edəcək.
Sfera.az xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Fidan və həmkarı Bedr Abdulati Misir Prezidenti Sisinin Türkiyəyə planlaşdırılan səfəri zamanı keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına hazırlıqları müzakirə edəcəklər.
Nazir Fidanın El Ariş və Rəfah sərhəd qapısını da ziyarət etməsi gözlənilir.