Qaxda azyaşlı ZƏHƏRLƏNDİ
10:15 / 30.07.2024
1375
Qax rayonunda zəhərlənmə hadisəsi olub.
Sfera.az xəbər verir ki, hadisə İlusu kəndində baş verib.
2017-ci təvəllüdlü Bilalov Yusif nəzarətsiz qaldığından həyətdə cücələr üçün nəzərdə tutulmuş suyu içib.
Nəticədə zəhərlənən 7 yaşlı Yusif xəstəxanaya aparılıb.