Britaniyada Əliyev-Paşinyan görüşünün baş tutmaması hərbi gərginliyə səbəb ola bilərmi? - AÇIQLAMA

Britaniyada Əliyev-Paşinyan görüşünün baş tutmaması hərbi gərginliyə səbəb ola bilərmi? - AÇIQLAMA

“Azərbaycan və Ermənistan liderlərinin Londonda görüşünün baş tutmaması əsasən, sərhədlərin delimitasiya və demarkasiya prosesində kəskin fikir ayrılıqlarının nəticəsidir”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

 

O qeyd edib ki, Ermənistan Alma-Ata Bəyannaməsinə əsasən, 1991-ci il sərhədlərini əsas götürür. Politoloqun sözlərinə görə, sözügedən sənəd heç də bu xüsusda əsas ola bilməz. 

 

“İki dövlət arasında sərhədlərlə bağlı dövlətlərarası müqavilə yoxdur. Kəlbəcər və Zəngəzur istiqamətində Ermənistan əlavə təkliflərlə çıxış edir. Məhz bu fikir ayrılıqlarına görə, iki dövlət arasında birgə komissiyanın əsasnaməsi təsdiq edilmədi. ABŞ və Fransanın Ermənistana hərbi dəstəyi isə Paşinyanın əlavə şərtlərlə çıxış etməsinə gətirib çıxarır.  Azərbaycana isə Ermənistanla sülh bir o qədər də vacib deyil. Amma Qərbin  geopolitik maraqları sülhün tezliklə əldə edilməsini şərtləndirir. Orta dəhlizin seqmenti olan Zəngəzur yolunun açılması Vaşinqtonun maraqlarına uyğundur. Gürcüstanda Qərb mövqeyinin zəifləməsi Ermənistan üzərindən orta dəhlizin açılmasını labüd edir”.

 

M.Əsədullazadə bildirib ki, Londonda görüş baş tutsaydı,  Zəngəzur yolunun açılması, delimitasiya və demarkasiya prosesində fikir ayrılıqları danışıqlar predmeti olacaqdı:

 

“Görünür, Ermənistan rəhbərliyi güzəştə hazır deyil. Ümumiyyətlə, Böyük Britaniyada liderlərin görüşünün baş tutmaması, heç də hərbi gərginliyin artmasına gətirib çıxarmayacaq”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR