Balıq yağının gözlənilməz təhlükəsi üzə çıxdı

Balıq yağının gözlənilməz təhlükəsi üzə çıxdı

Balıq yağı əlavələri sağlam insanlarda ürək xəstəliyi və insult riskini artıra bilər.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, balıq yağı eyni zamanda, ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda ölüm riskini azaltmaq gücünə malikdir.


Omeqa-3 yağ turşuları ilə zəngin olan balıq yağının istehlakı bütün dünyada əsas ölüm səbəbi olan ürək-damar xəstəliklərinin qarşısının alınması üçün tövsiyə olunur.
 

Bəzi araşdırmalar göstərir ki, bu yağın ürəkdə ritm pozğunluğu olan atrial fibrilasiya kimi bəzi ürək xəstəliklərinə heç bir faydası yoxdur.
 

Balıq yağı əlavələrinin ürək sağlamlığına təsirini öyrənmək istəyən tədqiqatçılar Böyük Britaniya vətəndaşlarının sağlamlıq məlumatlarını ehtiva edən geniş məlumat bazası olan Biobank-dan 415 min 737 nəfərin məlumatlarını araşdırıblar.
 

Orta yaşı 55 ətrafında olan iştirakçıların təxminən 12 illik məlumatları təhlil edilib.
 

İştirakçıların təxminən 30 faizi müntəzəm balıq yağı əlavələri qəbul etdiyini bildirib -bu insanların əksəriyyəti ağ dərili, yaşlı şəxslər və qadınlar olub. Bundan başqa, bu əlavəni mütəmadi olaraq qəbul edənlər daha çox spirt və balıq istehlak edirmişlər.
 

Alimlər müəyyən ediblər ki, müntəzəm balıq yağı əlavəsi tədqiqatın əvvəlində heç bir ürək-damar xəstəliyi olmayan iştirakçılarda atrial fibrilasiya riskinin 13 faiz artması və insult riskinin 5 faiz artması ilə əlaqələndirilib.
 

Sağlam xəstələrdə bu təsirin qadınlarda və siqaret çəkməyənlərdə daha çox olduğu müəyyən olunub.
 

İnci
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Çak Norrisin anası 103 yaşında vəfat edib - FOTOLAR

Hollivud aktyoru Cak Norris bu gün “İnstaqram”da pərəstişkarları ilə kədərli xəbər paylaşıb. Sfera.az bildirir ki, məşhur ulduz anası Vilmanın ...

Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan...

Dekabrın 3-də Sumqayıtda baş verən partlayış zamanı xəsarət alanlardan biri bu gün ölüb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, partla...

Məşhur ticarət mərkəzinin yaxınlığındakı yol sürücüləri çaşdırır -VİDEO

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.   Sfera.az xəbər verir ki, bu dəfə Qaradağ rayonunda yerləşən "Meyvəli...

“Beşiktaş” “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Superliqasının XV turu çərçivəsində İstanbul derbisi baş tutub.   Sfera.az xəbər verir ki, “Beşiktaş” öz meydanında “Fənərb...

Lavrov Suriya qərarını elan etdi: Addımlar atacağıq!

Bu gün İran və Türkiyə ilə güclü çağırış etmək barədə razılığa gəldik və bu çağırışa əməl olunmasını təmin etmək üçün bəzi xüsusi addımlar atacağıq.   ...

Xərçəng riskini artıra bilən ən təhlükəli qızartma yağları

Qızartma üçün istifadə olunan bəzi yağlar yüksək temperaturda parçalanaraq toksik maddələr yarada bilir. Bu maddələr, xüsusilə uzun müddətli və təkrar istifadəd...