Alimləri belə şoka salan bu canlı stresə düşəndə ​​öz dostlarını yeyir - FOTO

Alimləri belə şoka salan bu canlı stresə düşəndə ​​öz dostlarını yeyir - FOTO

Dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçılar ağılları çaşdıran bir qurd növünün davranışını müşahidə ediblər.

 

Sfera.az bildirir ki, elmi adı Allodiplogaster sudhausi olan bu qurdun stresə düşdüyü zaman öz növünün heyvanlarını yediyi müşahidə edilmişdir. 

 

"Allodiplogaster sudhausi" kimi tanınan bu qurd növü onu tədqiq edən alimləri heyrətə gətirib.


Almaniyanın Maks Plank İnkişaf Biologiyası İnstitutu, ABŞ-ın İndiana Universiteti və Yaponiyadakı Meşə və Meşə Məhsulları Araşdırma İnstitutunun tədqiqatçıları sözügedən kiçik canlıları tədqiq ediblər.

 

Bu soxulcan növünün ən diqqət çəkən xüsusiyyətlərindən biri də onların nəhəng ağızları olub.


Əvvəlki araşdırmalar müəyyən qidalarla qidalandıqda nematodlar və ya dəyirmi qurdlar adlanan bu cür canlı qruplarda ikinci ağızların görünə biləcəyini ortaya qoyub. Bu növdə nəhəng ağız görmək tədqiqatçıları təəccübləndirib.


Diqqət çəkən başqa bir məqam isə bu canlıların stresli olduqları zaman dostlarını yeməkəridir. 

 

Tədqiqatçıların açıqladığı məlumatlara görə, Allodiplogaster sudhausi qida ehtiyatlarının azaldığını anlayanda stress keçirir. Bu stress onları ətrafdakı öz cins heyvanları ilə qidalanmağa təşviq edir. Bir sözlə, dostlarını yeyir.


Araşdırma zamanı bu qurd növünə müxtəlif qidalar verilib. Təcrübələr, yetkin qurdlarda üç fərqli ağız formasının meydana gəldiyini ortaya qoyub.


Araşdırma zamanı bu qurd növünə müxtəlif qidalar verilib. Təcrübələr, yetkin qurdlarda üç fərqli ağız formasının meydana gəldiyini ortaya qoyub. 


Bakteriya və göbələklərdən ibarət qidalarla qidalanan bu qurdların ağız formaları araşdırıldığında, bu transformasiya qabiliyyətinin adı çəkilən A. sudhausi qurdlarının bütün genomunun ikinci tam nüsxəsinə malik olması ilə əlaqədar olduğu izah edilib. Bütün bu genomun təkrarlanması prosesi nematodlara özlərini dəyişdirmək üçün əlavə rahatlıq verir.


Tədqiqatçılar bu qurdun necə və nə üçün “kannibalizm”lə məşğul olduğunu hələ də anlaya bilməyiblər.


Bu mövzuda daha çox araşdırmaya ehtiyac olduğu bildirilir. Bunun həddindən artıq sıxlıq və aclığa qarşı bir stres cavabı olduğu düşünülür. Ətraflarındakı hər hansı qidanı fərq etmədən istehlak etmələri, izdihamlı və ya qida çatışmazlığı olan mühitlərdə bu qurd növü üçün böyük bir üstünlük olaraq görülür.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Zəlzələ bölgəsində 250 mininci ev təhvil veriləcək- Əliyevlə Ərdoğan da qatılacaq

Gələn ay Türkiyənin Kahramanmaraş vilayətində zəlzələdən sonra tikilən 250 mininci mənzilin açarları vətəndaşlara təqdim ediləcək.   Sfera.az xə...

Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək

“Moskva Ukrayna münaqişəsinin nizamlanmasına dair memorandum təkliflərini yaxın günlərdə Kiyevə verəcək”.   Sfera.az xəbər verir ki, bunu...

Şuşada “Xarıbülbül” festivalının açılışı oldu

Mayın 24-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı öz işinə başlayıb...

Bayramov pakistanlı həmkarı ilə telefonda danışdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb.   ...

“Siz elə ölü qalın ...” - Ayaz Salayevlə Röya arasında qalmaqal + VİDEO

“Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev Xalq artisti Röya Ayxanın Kann Film Festivalına qatılmasına münasibət bildirib. &nbs...

“Qarabağ” son turda da qələbə qazandı

Azərbaycan Premyer Liqasında 36-cı turun oyunları keçirilir.   Sfera.az xəbər verir ki, günün il oyununda çempion “Qarabağ” səfərdə &ldqu...