Azərbaycanda oxuyan əcnəbi tələbələrin sayı ARTIR - STATİSTİKA

Azərbaycanda oxuyan əcnəbi tələbələrin sayı ARTIR - STATİSTİKA

2024-cü ilin əvvəlinə aid olan məlumata əsasən Azərbaycanın ali təhsil müəssisələrində 6 680 əcnəbi tələbə təhsil alır.

 

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son iki ildə əcnəbi tələbələrin sayı 915 nəfər, son bir ildə isə 457 nəfər artıb.

 

Azərbaycanın ali təhsil müəssisələrində oxuyan tələbələrin təxminən yarısı Türkiyə vətəndaşlarından ibarətdir. Türkiyədən 3 021 nəfər ölkəmizdə ali təhsil alır.

 

İran sıralamada ikincidir. İrandan 1 069 nəfər Azərbaycanın universitetlərində oxuyur.

 

Rusiyadan da təhsil alan əcnəbilərin sayı çoxdur. Bu qonşu ölkənin 609 vətəndaşı Azərbaycanda oxuyur.

 

Sıralamada dördüncü sırada isə Gürcüstan dayanır. Gürcüstandan 496 nəfər ölkəmizdə təhsil alır.

 

Adıçəkilən dörd ölkədən ümumilikdə 5 195 nəfər Azərbaycanda ali təhsil alır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

İsti hava 10 gündə 2300 insanın həyatına son qoyub

Qlobal istiləşmə və iqlim dəyişikliyinin zərərləri ilə bağlı narahatlıqlar artdığı bir vaxtda, avropalı alimlərin apardığı yeni araşdırma diqqət çəkib.  ...

Bakıda 15, Sumqayıtda 11 min manatlıq oğurluq olub

Bakı və Sumqayıt şəhərlərində oğurluq edən şəxslər saxlanılıblar.   Sfera.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyindən...

"Azərbaycanın hüquq-mühafizə orqanları ilə əlaqədəyik" - Rusiya XİN

"Biz münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan tərəfi ilə hüquq-mühafizə orqanları vasitəsilə əlaqə saxlayırıq".    Sfera.az xə...

Pensiya artımının faizi AÇIQLANDI - 2025-ci il üçün...

"Təqaüd artımı olduqca müsbət haldır. Məlum olduğu kimi, hazırda inflyasiya səviyyəsi artmaqdadır. Hökumət isə təqaüdçülərin sosial vəziyyətini nəzərə alar...

Bu ümumi təhsil müəssisələrinə prioritet tətbiq ediləcək - SİYAHI

2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı Bakı və Gəncə şəhərlərində yerləşən bəzi məkt...

Hərbi təyyarə qəzaya uğradı: Pilotlar öldü

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, Racastan əyalətində təlim təyyarəsinin qəzaya uğra...