Bu gündən bütün bürclərin taleyi dəyişir: 2025-ci ilin iyununa qədər...

Bu gündən bütün bürclərin taleyi dəyişir: 2025-ci ilin iyununa qədər...

İlin ən vacib həftələrindən birinə qədəm qoyuruq. Çünki şans, bəxt, bolluq və bərəkət planeti olan Yupiterin Buğa bürcündə səyahəti sona çatır və bu gündən etibarən ünsiyyət və zəka ilə əlaqəli olan Əkizlər bürcünə keçir. Sabahdan etibarən Yupiterin təsirləri daha güclü hiss ediləcək.

 

10 iyun 2025-ci il tarixinə qədər davam edəcək dövrdə bizi ünsiyyət, səyahət və təhsil kimi sahələrdə böyük imkanlar gözləyir.

 

Bu keçidin hər bürcə təsirləri fərqli olacaq.

 

Sfera.az publika.az-a istinadən Yupiter tranzitinin bürclərə təsirlərini təqdim edir:

 

Qoç

 

Bu dövrdə ünsiyyət bacarıqlarınızı təkmilləşdirmək və yeni məlumatlar əldə etmək imkanları ilə qarşılaşa bilərsiniz. Yaxın ətrafınızla daha müsbət əlaqələr qura, qısa səfərlər edə bilərsiniz. Həmçinin daha çox ictimai tədbirlərdə iştirak edəcək və düşüncə tərzinizi müsbət istiqamətdə dəyişəcəksiniz. Bacarıqlarınız artacaq. Satış, marketinq və reklam kimi sahələrdə də fürsətlər tapa bilərsiniz.

 

Buğa

 

Daha çox gəlir əldə etmək şansınızın artacağı bir dövrə qədəm qoyursunuz. İşinizdə yüksəliş əldə edə və ya əlavə gəlir yolları tapa bilərsiniz. Yupiterin təsiri ilə özünüzə inamınız artacaq. Yeni əşyalar ala, evinizi genişləndirə və ya investisiya edə bilərsiniz. Bununla belə, xərclərinizi həddindən çox artırmayın. Yupiter tranziti zamanı maliyyə risklərinə meyliniz arta bilər. Bunları diqqətlə nəzərdən keçirin.

 

Əkizlər

 

Bu gün Yupiter sizin bürcünüzə keçir. Əvvəlcə sizə mümkün olan ən pis ssenarini deyək: bu dövrdə kökələ bilərsiniz. Bundan əlavə, həyatınızı dəyişdirəcək yeni məlumatlar əldə edəcəksiniz. Səyahət edə və xüsusi istedad inkişaf etdirə bilərsiniz. Yupiter 12 il əvvəl sizin bürcünüzdə idi. O zaman həyat sizə hansı imkanlar vermişdi? Xatırlamağa çalışın. Çünki oxşar mövzular gündəmdə olacaq. Bu dövr sizin üçün fərdi inkişaf üçün fürsətə də çevrilə bilər.

 

Xərçəng

 

Fiziki ehtiyaclarınızdan çox psixoloji problemlər ön plana çıxacaq. Bu prosesi emosional dünyanızı dərindən araşdıracağınız bir səyahət kimi düşünə bilərsiniz. Gizli məlumatlar və sirlər üzə çıxa bilər. Ruhani mövzularda araşdırma apara bilərsiniz. Xəyallarınıza bir addım daha yaxınlaşacaqsınız. Çoxlu yuxular görəcəksiniz. Arxanızdan danışan və ya sizə tələ quran insanlar olacaq. Ancaq onların öhdəsindən gələ biləcəksiniz.

 

Şir

 

Yeni insanlarla tanış olacaqsınız. Yupiter sosial münasibətlərinizə şans gətirəcək. Bu sizin üçün yeni qapılar açacaq. Yupiterin bu tranziti uzunmüddətli hədəfləriniz üçün müsbət təsirlər yaradır. Böyük xəyallar qura və onları həyata keçirmək üçün lazımi addımlar ata bilərsiniz. Dostlarınızla birlikdə sizə qazanc gətirəcək layihələrə başlamağınız ehtimal daxilindədir.

 

Qız

 

Yupiterin bu səyahəti karyeranızda böyümə və inkişafdan xəbər verir. İş həyatında yüksələ, uğurlar əldə edə və mühüm fürsətlərlə qarşılaşa bilərsiniz. Yupiterin uğurlu təsiri ilə səyləriniz üçün mükafatlandırılacaqsınız. Bu tranzit sizə ictimaiyyətdə tanınmaq, reputasiya qazanmaq və məşhur olmaq imkanları verə bilər. Həm də olduğunuz sahədə özünüzü təkmilləşdirmək üçün mükəmməl vaxtdır.

 

Tərəzi

 

Xaricə səyahət etmək və ya universitet təhsilinə başlamaq üçün əla fürsətdir. Yupiterin təsiri sizə həyatın böyük mənzərəsini görməyə və öz ekzistensial suallarınıza cavab tapmağa kömək edə bilər. Media sahəsində özünüzü təkmilləşdirə bilərsiniz. Həm də kitab yazmaq və ya nəşr etmək üçün çox uğurlu dövrdür. Məhsuldarlığınız da artacaq. Bir çox məsələlər sizin xeyrinizə bitəcək.

 

Əqrəb

 

Bu dövrdə investisiyalarınız sizə böyük qazanc gətirəcək. Maliyyə tərəfdaşlığı üçün risk almağa dəyər. Kredit və ya borcun ödənilməsi ilə bağlı probleminiz varsa, bunlar müsbət nəticələnəcək. Güclü insanlardan dəstək ala bilərsiniz və qurduğunuz əlaqələr sizə maddi imkanlar gətirə bilər. Bu dövr daxili dünyanızda təlatümlər gözlənilir. Həyatdan nə istədiyinizlə bağlı yeni axtarış dövrünə başlayacaqsınız. Cinsi mövzularda yeni təcrübələrə açıq olacaqsınız. Metafizik məsələlərlə maraqlanmağa başlaya bilərsiniz.

 

Oxatan

 

Evlilik məsələsi gündəmə gələ bilər və ya sizin üçün yeni üfüqlər açan biri ilə münasibətə başlaya bilərsiniz. Əgər evlisinizsə, həyat yoldaşınızla münasibətiniz yeni səviyyəyə keçə bilər. Bu müddət ərzində əlaqələr vasitəsilə təcrübə qazana və özünüzü təkmilləşdirə bilərsiniz. İşlərdə, hüquqi mübahisələrdə və ya müqavilə ilə bağlı məsələlərdə müsbət nəticələr əldə edə bilərsiniz. Bundan əlavə, əgər siz konsaltinq işi ilə məşğul olursunuzsa, müştərilərinizin sayı arta bilər.

 

Oğlaq

 

İş həyatınızda yeni imkanlar əldə edə bilərsiniz. Yupiter sizə yeni uğurlar qazandıra bilər. Daha yaxşı fürsətlər əldə edəcəksiniz. Yeni, geniş ofisə köçmək ehtimalınız böyükdür. Həmkarlarınızla müsbət münasibətlər quracaq və müdirinizdən təriflər eşidəcəksiniz. Xaricdə işləməyə başlamaq kimi şansınız var. Bu dövrdə Yupiter sağlamlığınız üzərində qoruyucu təsirlər göstərəcək.

 

Dolça

 

Sevgi, yaradıcılıq, investisiyalar - demək olar ki, hər sahədə ən şanslı dövrlərdən birinə daixl olursunuz. Bir sözlə, Yupiterin tranziti ən çox sizin işinizə yarayacaq. Bu dövrdə flirtləşdiyiniz biri ilə inanılmaz bir sevgi münasibətinə başlayacaqsınız. Ayaqlarınız yerdən kəsiləcək. Aşiq olduğunuz insanla həyatınızı birləşdirmək ehtimalımız yüksəkdir. Bu dövrdə dolçaların övlad sahibi olmaq imkanı var. Övladı olanlar isə onlarla bağlı şad xəbər alacaqlar. Yupiter dolçaların gəlirlərini də artıracaq.

 

Balıq

 

Şəxsi həyatınızda rahatlıq və sevinc tapacağınız bir dövrə qədəm qoyursunuz. Evdə daha çox vaxt keçirmək istəyəcəksiniz. Yaşayış yerinizi gözəlləşdirmək və ya yeniləmək üçün işlərə başlayacaqsınız. Yeni, daha böyük bir evə köçmək ehtimalınız da var. Ailənizə qarşı daha səxavətli olacaqsınız.


OXŞAR XƏBƏRLƏR

Polisin "saxla" əmrinə tabe olmadı, piyadanı vurdu

Daşkəsəndə narkotiklərin qanunsuz dövriyyəsində şühbəli bilinən “Chevrolet” markalı avtomobilin sürücüsü polisin “saxla” işarəsinə baxma...

Ərdoğan və Əsəd Moskvada görüşə bilər

Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında 2011-ci ildən bəri ilk görüş Moskvada baş tuta bilər.   Sfera.az xəbər ve...

Qəfil qatar yoluna qaçan uşaq faciəvi şəkildə öldü

22 iyul tarixində saat 19:50 radələrində ADY-yə məxsus sürətli sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən yol kənarında anası ilə birgə dayanmış a...

ABŞ prezidentliyinə namizəd Kamala Harris kimdir?

ABŞ-ın vitse-prezidenti, 59 yaşlı Kamala Harris 2024-cü il noyabrın 5-nə təyin edilmiş prezident seçkilərində iştirak etmək arzusunda olduğunu açıqlayıb. Sfe...

Xırdalanda yaşayış binasında yanğın- Sakinlərin təxliyə anı + VİDEO

Xırdalanda Həzi Aslanov küçəsində çoxmənzilli yaşayış binasında yanğın baş verib.   FHN-dən Sfera.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğı...

Baş nazirin sədrliyi ilə iclas: Qərar qəbul olundu

2024-2025-ci il istilik enerjisi təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı iclas keçirilib.   Nazirlər Kabinetindən Sfera.az-...