Əri tərəfindən diri-diri basdırılan qadın 12 saat sonra sağ tapıldı - FOTO

Əri tərəfindən diri-diri basdırılan qadın 12 saat sonra sağ tapıldı - FOTO

ABŞ-da Vaşinqton ştatından olan kişi həyat yoldaşını döyərək diri-diri basdırmağa cəhd etdiyinə görə məhkum edilib. O, bu hərəkətini narkotikin təsiri ilə əlaqələndirib.

 

Sfera.az bildirir ki, 2022-ci ildə 54 yaşlı Çae Kyung An həyat yoldaşı Yeon Ana vəhşicəsinə diri-diri basdırdığı üçün həbs edilib. Kişi onu döyüb və bıçaqlayıb. Daha sonra yapışqan lentlə bağlayaraq, maşına mindirib meşəyə aparıb.  Xoşbəxtlikdən meşəyə aparmazdan əvvəl qadın ağıllı saatından istifadə edərək polisə zəng edə bilib. Ər qadını dayaz bir çuxurda basdırıb və oradan uzaqlaşıb. Qadın 12 saat yerin altında sağ qalıb və təkbaşına çölə çıxa bilib.

 

Qadın və uşaqları hələ də daimi qorxu içində yaşayırlar.

 

Ahn mart ayında adam öldürməyə cəhddə günahını etiraf edib. Vəkili onun travma sonrası stress pozğunluğundan əziyyət çəkdiyini və davranışına təsir edən həddən artıq narkotik həb qəbul etdiyini bildirib. Təqsirləndirilən şəxs özü əlavə edib ki, hər səhər peşmançılıq hissi ilə oyanır. Hücum zamanı Çae evsiz, dostlarından və ailəsindən təcrid olunmuş vəziyyətdə olub. 

 

Məhkəmə iclasında zərərçəkmiş bildirib ki, o və uşaqları hələ də daim qorxu içində yaşayırlar. O, aldığı ömürlük fiziki və psixoloji travmaya həyat yoldaşının səbəb olduğunu da qeyd edib.

 

Bu həftə məhkəmə kişini 13 il müddətinə azadlıqdan məhrum edib, həyat yoldaşı və uşaqlarına yaxınlaşmağı qadağan edib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...