"Aston Villa" ilə müqaviləni uzatdı, "Barça"ya "yox!" dedi 

İspaniyalı mütəxəssis Unai Emeri Birmingem "Aston Villa" ilə müqaviləsini 2027-ci ilə qədər uzadıb.

 

Sfera.az bildirir ki, daha əvvəl məşqçi ilə "Barselona" və "Bavariya" maraqlanırdı.

 

İspaniyalı isə İngiltərə klubunda xoşbəxtdir. Həmçinin bildirilir ki, klub Emeri ilə müqavilənin daha da uzadılmasını müzakirə etmək üçün danışıqlar masasına oturmaq niyyətindədir.

 

Xatırladaq ki, “Aston Villa”ya qədər Unai Emeri “Vilyarreal”da çalışıb. O, klubu ilə 2021/2022 mövsümündə Avropa Liqasının qalibi olub. Bundan əlavə, ispaniyalı "Sevilya" ilə bu turnirdə 3 dəfə qalib olub.

 

Emeri PSJ-də də çalışıb və 2018/2019 mövsümündə Fransa çempionu olub. İki dəfə Fransa Kubokunu, iki dəfə Fransa Liqa Kubokunu və iki dəfə Fransa Super Kubokunu qazanıb.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR

Magistraturaya qəbul olanların DİQQƏTİNƏ! - MÜDDƏT UZADILDI

Magistraturaya qəbul olmuş şəxslər 22 iyul saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.   Bu barədə Sfera.az-a Dövlət İmtahan Mər...

Azərbaycanda bu tarixdən internet bahalaşır - YENİ QİYMƏT

Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılır.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı internet provayderləri öz saytlarında ya...

Prezident Blenheim sarayına belə gəldi - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə &ld...

Azərbaycanın ixracı azaldı, idxalı artdı - SON RƏQƏMLƏR

Bu il Azərbaycanın ixracında azalma, idxalında isə artım müşahidə edilir.   Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin...

Prezident Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir

Bu dəqiqələrdə Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyası keçirilir.   Sfera.az xəbər verir ki, A...

Külli miqdarda borcu olduğu deyilən kişinin meyiti tapıldı

Beyləqanda kişi meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Bolsulu qəsəbəsində baş verib.   Onun meyiti qəsəbədəki yardımçı...