“Yeriyən Düşüncə” adlı gənclərin moda festivalı baş tutdu - FOTOLAR

“Yeriyən Düşüncə” adlı gənclərin moda festivalı baş tutdu - FOTOLAR

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Kamera və Orqan” musiqisi zalında “Yeriyən Düşüncə” adlı gənclərin moda festivalı baş tutdu. Festivalda gənc, istedadlı dizaynerlərin geyim nümunələri nümayiş  olunub.

 

Sfera.az xəbər verir ki, vestivalın keçirilməsində məqsəd gənc dizaynerlərin yaradıcılıq ruhunu ictimaiyyətə tanıtmaq, dəbsevərləri bir araya toplamaqdır. Qeyd edək ki, “Mədəniyyət Könüllüləri” İctimai Birliyi tək moda sahəsində deyil, eyni zamanda musiqi, rəsm və incəsənətin digər sahələrində də öz yaradıcılıq imkanlarını inkişaf etdirmək istəyən gənclərə hər zaman dəstək verir.

 

Tədbiri açıq elan etmək üçün səhnəyə “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli dəvət olunub. O, çıxışı zamanı layihə haqqında ətraflı məlumat verərək təşkilatın gələcək fəaliyyət istiqamətləri barədə tamaşaçıları məlumatlandırıb. Qeyd etmək lazımdır ki, tədbirin aparıcısı Abbasağa Əlizadə və “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkil etdiyi aparıcı kastinqinin hər üç mərhələsindən uğurla keçən mədəniyyət könüllüsü Gülsüm Baxışova olub.

 

Tədbirin musiqili qonaqları tarzən, elektron musiqi prodüseri, beynəlxalq müsabiqələr laureatı, gənclər mükafatçısı İbrahim Babayev, gənclər mükafatçısı, pianoçu Vüsal Aydəmirov və “Səs Azərbaycan” layihəsinin finalçısı, sevilən ifaçı, Azərbaycanı Avroviziya 2024-də təmsil edən İlkin Dövlətov olub. Tədbirdə Azərbaycanın Xalq rəssamı Arif Əziz və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva iştirak edib.

 

Festival Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Kamera və Orqan” musiqisi zalı, Azerbaijan Fashion Week və Big Model Agency-inin dəstəyi ilə keçirilib. Tədbirin xoreoqrafı Natiq Əliyev olub. Festival çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Aysel Əzizovanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan tələbələri öz geyim kolleksiyalarını nümayiş ediblər.

 

Festival çərçivəsində gənclərin əl işlərindən ibarət sərgi də təqdim olunub. 

 

Sonda bütün iştirakçılar diplom və təşəkkürnamələr ilə təltif olunublar. 

 

Bildirək ki, “Mədəniyyət Könüllüləri” İctimai Birliyi 2023-cü ilin aprel ayında yaranıb. Yarandığı tarixdən etibarən 2023-cü il ərzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Forumlarda, mədəni tədbirlərdə, Füzuli və Laçın şəhəri günlərində, Dohada keçirilən Azərbaycan Mədəniyyəti  günlərində iştirak etmiş və müxtəlif tədbirlər həyata keçirmişdir.


OXŞAR XƏBƏRLƏR

Aparıcının azyaşlı qızının ölüm səbəbi açıqlandı - Yaxınları danışdı + VİDEO

Xəbər verdiyimiz kimi, Səbail rayonu, İzzət Nəbiyev küçəsində yerləşən özəl bağçaların birində 2 yaşlı uşaq həyatını itirib.   Sfera.az-ın məlumatına...

Naomi Kempbellə xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmaq QADAĞAN EDİLDİ

54 yaşlı britaniyalı supermodel Naomi Kempbell qurduğu yoxsulluqla mübarizə xeyriyyə təşkilatı olan “Fashion for Relief”in qəyyumluğundan beş il müd...

ABŞ-nin 6 ştatında fövqəladə vəziyyət elan edildi

"Helen" tropik qasırğası ABŞ-nin cənub-şərqini vurub: altı ştatda fövqəladə vəziyyət elan edilib, üç milyona yaxın istehlakçı işıqsız qalıb.   ...

Ukraynada azərbaycanlı nazir müavini təyin olundu

Ukraynada icmaların və ərazilərin inkişafı nazirinin müavini vəzifəsinə əslən azərbaycanlı Timur Firudin oğlu Məmmədov təyin olunub.   Sfera.az xəbər...

Zelenskinin ofisi Trampla görüşün təfərrüatlarını açıqladı

Volodimir Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampla görüşü zamanı ona “qələbə planı” adlanan planı təqdim edib, cəbhədəki vəziyyət və Ukra...

Bayramov səudiyyəli həmkarı ilə bunları müzakirə etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Səudiyyə Ərəbistanı xarici işlər naziri Faysal bin Fərhan əs...