İrəvandan Moskvanı qıcıqlandıracaq PLAN: “İran və Türkiyə sərhədlərində…” 

İrəvandan Moskvanı qıcıqlandıracaq PLAN: “İran və Türkiyə sərhədlərində…” 

Ermənistan parlamenti Avropa İttifaqının ölkə ərazisində “Mülki missiyası”nın fəaliyyətini ratifikasiya edib.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, sözügedən missiya bundan sonra təkcə Azərbaycanla sərhəddə deyil, Türkiyə və İranla sərhəd ərazilərinə də baş çəkə bilər:

 

“Türkiyə və İranla sərhəddin Rusiya sərhədçiləri tərəfindən mühafizə edildiyini nəzərə alsaq, bu planın birbaşa Moskvaya qarşı yönəlməsi aydın görünür. Avropa ittifaqının "Mülki missiyası”nın tərkibində, əsasən, Fransa kəşfiyyatçıları üstünlük təşkil edir. Ümumi götürdükdə, bu missiyanın fəaliyyəti Azərbaycana qarşı yönəlməyib. Əsasən, Ermənistanda Rusiyanın fəaliyyətinə yönəlib”.

 

Ekspert bildirib ki, Avropa İttifaqının “Mülki missiyası” Azərbaycanın Ermənistanla sərhəddə hər hansı təhlükə yaratmadığını hesabatlarında qeyd edib:

 

“Hazırda Azərbaycan Ermənistanla danışıqlar aparır. İrəvan tərəfindən Qazaxın anklav olmayan dörd kəndinin Azərbaycana qaytarılması üçün real addımların atılması gözlənilir. Dörd kənd geri veriləndən sonra delimitasiya və demarkasiya prosesi aparılacaq. İki ölkə arasında real sülh üçün mümkün şərait formalaşıb. Sülh müqaviləsi bağlandıqdan sonra Avropa İttifaqının "Mülki missiyası" Azərbaycanla sərhəddə müşahidəni sona çatdıracaq”.

 

M.Əsədullazadə qeyd edib ki, Ermənistan ordusunda Rusiyaya bağlı kifayət qədər qüvvələr var:

 

“Bu qüvvələr Azərbaycanla sərhəddə təxribatlar törədə bilərdilər. Avropa ittifaqının “Mülki missiyası” Ermənistan tərəfindən bu təxribatçı qüvvələrin fəaliyyətini neytrallaşdırıb. Ümumiyyətlə, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında hərbi eskalasiyada maraqlı deyil”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

PKK liderinin videosu yayıldı - "11 iyulda..."

PKK lideri Abdullah Öcalan təşkilatın tərksilah prosesi ərəfəsində video müraciət yayıb. Paylaşılan video mesajda Ömer Hayri Kaynar, Veysi Aktaş, Mahmut Yamalak...

İsti hava 10 gündə 2300 insanın həyatına son qoyub

Qlobal istiləşmə və iqlim dəyişikliyinin zərərləri ilə bağlı narahatlıqlar artdığı bir vaxtda, avropalı alimlərin apardığı yeni araşdırma diqqət çəkib.  ...

Bakıda 15, Sumqayıtda 11 min manatlıq oğurluq olub

Bakı və Sumqayıt şəhərlərində oğurluq edən şəxslər saxlanılıblar.   Sfera.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyindən...

"Azərbaycanın hüquq-mühafizə orqanları ilə əlaqədəyik" - Rusiya XİN

"Biz münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan tərəfi ilə hüquq-mühafizə orqanları vasitəsilə əlaqə saxlayırıq".    Sfera.az xə...

Pensiya artımının faizi AÇIQLANDI - 2025-ci il üçün...

"Təqaüd artımı olduqca müsbət haldır. Məlum olduğu kimi, hazırda inflyasiya səviyyəsi artmaqdadır. Hökumət isə təqaüdçülərin sosial vəziyyətini nəzərə alar...

Bu ümumi təhsil müəssisələrinə prioritet tətbiq ediləcək - SİYAHI

2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı Bakı və Gəncə şəhərlərində yerləşən bəzi məkt...