Azərbaycana bu il ən çox hansı ölkələrdən turistlər gəlib? - AÇIQLAMA

Azərbaycana bu il ən çox hansı ölkələrdən turistlər gəlib? - AÇIQLAMA

"2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46.7 faiz artaraq 341 min nəfər olub. Bu dövrdə də qonşu ölkələr ilk üçlüyü formalaşdırıb: gələnlərin 26,8 faizi Rusiya, 19,9 faizi Türkiyə, 9,8 faizi İranın payına düşüb. Ümumi turistlərin 6,9 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 3,4 faizi Səudiyyə Ərəbistanı vətəndaşları olublar".


Sfera.az xəbər verir ki, bunu Milli məclisin deputatı Vüqar Bayramov bildirib.


"2023-cü ildə olduğu kimi yenə də Çindən gələnlər öndədir. Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 4,1 dəfə, Səudiyyə Ərəbistanından - 2,8 dəfə, Hindistandan - 2,7 dəfə, Qırğızıstandan - 2,6 dəfə, Bəhreyndən - 2,5 dəfə, Qazaxıstandan - 2,4 dəfə, Tacikistandan - 2,4 dəfə, Filippindən - 2,0 dəfə, Omandan - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Özbəkistandan - 1,9 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, İordaniyadan - 1,8 dəfə, İtaliyadan - 1,8 dəfə, Türkmənistandan - 1,7 dəfə, Misirdən - 1,7 dəfə, Yəməndən - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, İrandan - 1,6 dəfə artıb", - V.Bayramov qeyd edib.


Deputat vurğulayıb ki, ərəb ölkələrindən gələnlərin sayında yenidən artımlar müşahidə edilməyə başlayıb: 


"Belə ki, bu ilin yanvar-fevral aylarında körfəz dövlətlərindən gələnlərin sayı 1.7 dəfə artıb. Eyni artım Avropa İttifaqından gələnlərin sayında qeydə alınıb. MDB ölkələrindən gələnlərdə artım nisbətən azdır: cəmi 31.4 faiz.


Rəsmi statistika göstərir ki, yenidən körfəz ölkələrindən, xüsusən də Səudiyyə Ərəbistanı və Küveytdən gələnlərin sayında artımlar müşahidə olunmaqdadır. Bütövlükdə turistlərin sayına Bakıdan uçuşların sayının artması və eləcə də ekonom reyslərin çoxalması da təsir göstərib. Eyni zamanda, mövsümi olaraq Azərbaycanın turizm imkanlarına marağın artması müşahidə olunmaqdadır".


Ülkər Abdurahmanlı
 


OXŞAR XƏBƏRLƏR

Qazinin faciəvi şəkildə ölən xanımı ilə nikahından -VİDEO

Xəbər verdiyimiz kimi, 20 yaşlı gəlin paltar sərərkən balkondan yıxlaraq dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, 2 ayın gəlini olan Könülü...

Ərdoğan İmamoğlu ilə bağlı bunu dəstəklədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP sədri Dövlət Baxçalının İmamoğlu işi ilə bağlı məhkəmə prosesinin TRT-də yayımlanması ilə bağlı çağırışını dəstəkləy...

Bakıda səkiyə çıxan maşın ana və qızını vurdu – Ölən var - VİDEO

Paytaxtın Qaradağ rayonunda ağır qəza baş verib.   Baş Dövlət Yol Polisi İdarəsindən Sfera.az-a bildirilib ki, hadisə bu gün saat 11 radələrində B...

Günəşdə daha bir güclü partlayış

Günəşdə M sinfinə aid partlayış qeydə alınıb.   Sfera.az-ın xəbərinə görə, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib...

Uşaq yayda dərs oxusun ya dincəlsin? - AÇIQLAMA

Bəzi valideynlər yay tətili müddətində uşaqlarını əlavə məşğələlərə göndərir və daha çox çalışmasını tələb edirlər. Onların fikrincə, dərsdən tam uzaqlaşsa, yen...

Bakıda məşhur otelin adı DƏYİŞƏCƏK

"Yeni Dinamo Oteli" Məhdud Məsuliyyətli Cəmiyyəti adını dəyişir.   Sfera.az xəbər verir ki, hüquqi şəxs kimi qeydiyyatda olan şirkət b...