Moskvadakı terror aktını kimlər törədib?: “Rusiya elə bir addım atacaq ki…”- AÇIQLAMA

Moskvadakı terror aktını kimlər törədib?: “Rusiya elə bir addım atacaq ki…”- AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. Rusiya Fövqəladə Hallar Nazirliyi hadisə nəticəsində 99 nəfərin həlak olduğunu, 146 nəfərin yaralandığını açıqlayıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, hazırda bu terror aktının əsas müzakirə mövzusu hücumun arxasında hansı qüvvənin dayanması məsələsidir:

 

“Böyük ehtimalla, tərəflər öz maraqlarına uyğun “günahkarlar” təqdim edəcəklər. ABŞ hücumda Ukraynanın iştirakına dair heç bir əlamətin olmadığını açıqlayıb, rəsmi Kiyev də Rusiyanın özünü günahlandırır. Moskva isə “Ukraynanın iştirakına dair əlamətin olmadığı” fikri ilə razılaşmayıb. Bu o deməkdir ki, Rusiya terror aktına görə Ukraynanın günahlandırılmasına hazırlaşır və ikinci çeçen müharibəsində olduğu kimi, indi də belə bir hücumların Moskva üçün sərfəli tərəfləri də var”.

 

Ekspert bildirib ki, Kremlin sözçüsü Dmitri Peskovun günün birinci yarısında verdiyi Ukraynada “xüsusi əməliyyatın müharibəyə keçdiyi” haqda açıqlama xüsusilə diqqət çəkir:

 

“Belqorod hücumundan sonra Moskvada əyləncə mərkəzinə edilən hücum, rus ictimai rəyində Ukraynanın üzərinə bütün gücü ilə getməyin zəruriliyi fikrinin hakim olacağı istisna deyil. Peskovun dediyi kimi, “Rusiya elə bir addım atacaq ki, Ukrayna hərbi potensialı onun vətəndaşlarını və ərazisini təhdid edə bilməsin”. Bu addım ilkin olaraq Ukrayna şəhərlərinin kütləvi bombardman edilməsi kimi görünür. Bu kontekstdə Qərbin gedişlərindən biri Rusiyanın Ukraynaya hücumlarını “legitimləşdirmək” cəhdinə qarşı terror aktının günahkarının tapılması ola bilər. İstisna deyil ki, bunu İŞİD, yaxud "Rusiyanın Azadlığı Legionu", "Rusiya Könüllüləri Korpusu", "Sibir batalyonu" kimi daxili qruplar “üzərlərinə” götürə bilər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...