Türkiyə əhalisi yaşlanır - STATİSTİKA

Türkiyə əhalisi yaşlanır - STATİSTİKA

Türkiyə Dövlət Statistika Təşkilatının rəqəmlərindən görünür ki, ölkə əhalisi sürətlə yaşlanır. 


Sfera.az xəbər verir ki, Türkiyədə “yaşlı” sayılan 65 və yuxarı yaşda olan əhali 2018-ci ildə 7 milyon 186 min 204 nəfər olduğu halda 2023-cü ildə 21,4 faiz artaraq 8 milyon 722 min 806 nəfər olub. 

 

2018-ci ildə 8,8 faiz olan yaşlı əhalinin sayı 2023-cü ildə 10,2 faizə yüksəlib. 

 

Yaşlı əhalinin 44,5 faizini kişilər, 55,5 faizini isə qadınlar təşkil edib. 

 

Türkiyə yaşlı əhalinin sayına görə 184 ölkə arasında 67-ci yerdədir. Yaşlı əhalinin ən çox olduğu ilk üç ölkə müvafiq olaraq 30,1 faizlə Yaponiya, 24,5 faizlə İtaliya və 23,6 faizlə Finlandiya olub. 


Türkiyədə yaşlı əhalinin payının ən çox olduğu il (əyalət – red.) 20 faizlə Sinopdur. Sinopu 19,5 faizlə Kastamonu, 18,3 faizlə Giresun izləyib. Yaşlı əhali nisbətinin ən aşağı olduğu illər isə Şırnak (3,5 faiz), Hakkari (4 faiz) və Şanlıurfadır (4,2 faiz). 

 

Araşdırma həmçinin göstərib ki, ölkə üzrə təxminən hər dörd ailədən birində ən azı bir qoca var.


Vasif


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...