Marketlərdə satılan bu yağlar xəstəlik yaradır - Mütəxəssisdən XƏBƏRDARLIQ!

Marketlərdə satılan bu yağlar xəstəlik yaradır - Mütəxəssisdən XƏBƏRDARLIQ!

Bazarlarda və marketlərdə insanlara kərə yağı adı ilə bir sıra yağlar satılır. Bu yağların heç bir faydalı xüsusiyyəti yoxdur. Hətta orqanizmin metobalizmasını pozmaqla ağır xəstəliklərin yaranmasına səbəb olur.

 

Bəs əsl kərə yağını rəflərdəki digər yağlardan necə fərqləndirmək olar?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan Qida Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, qiymətlərə diqqət yetirmək lazımdır.

 

“Çünki bir kiloqram xalis kərə yağının alınması üçün 20 kiloqramdan çox süd sərf olunur. Bu qədər xammal sərf edilən məhsulun ucuz qiymətə satılması şübhə doğurmalıdır. Daha sonra məhsulun saxlanma müddətinə diqqət yetirmək lazımdır. Əsl kərə yağları təbii süddən hazırlanır. Süd məhsulları da tez xarab olur. Ona görə, digər süd məhsulları kimi yağın da saxlanma müddəti az olmalıdır".

 

Mütəxəssis qeyd edib ki, xalis kərə yağının tərkibindənki yağlılıq 82 faizdən az olmamalıdır.

 

“Digər yağlara vurulan parlaq sarı rəng alıcıları adatmaq üçün istifadə olunan üsullardan biridir. Kərə yağının rəngi açıq olur. Xalis kərə yağı bərk olur və öz formasını saxlayır. Əsl kərə yağı digər yağlara nisbətən daha gec əriyir. Kərə yağı qoxusuzdur. Yağ alarkən bu nüansa da xüsusi diqqət yetirmək lazımdır. Kərə yağına bənzər saxta yağlar həzm prosesini çətinəşdirir və mədə xəstəliklərinin yaranmasına səbəb olur”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...