Azərbaycanlı tank batalyonu komandiri Ukraynada HƏLAK OLDU

Azərbaycanlı tank batalyonu komandiri Ukraynada HƏLAK OLDU

Azərbaycanlı tank batalyonu komandiri Ukraynada həlak olub.

 

Sfera.az xəbər verir ki, əslən Zərdab rayonundan olan Eldar Asəf oğlu Yusifov Ukrayna vətəndaşı olub.

 

O, Ukraynada doğulub boya-başa çatıb.

 

Eldar Yusifov son iki il Ukrayna ordusunda tank batalyonunun komandiri kimi xidmət edib. Onlar Xarkov şəhərində yaşayıblar, lakin müharibə başlayandan sonra evlərinə raket düşüb.

 

Eldarın atası gənclik illərində təhsil almaq üçün Zərdabın Sarıqaya kəndindən Ukraynaya yollanıb və orada ukraynalı xanımla ailə həyatı qurub.

 

İki oğlu dünyaya gəlib. Həlak olan Eldar Yusifov ailənin ilk övladı olub.

 

Yaxınları onu da bildiriblər ki, onların anası ukraynalı olsa da, Azərbaycana bağlı insan olub.

 

Eldar və qardaşının həyat yoldaşı azərbaycanlıdır.

 

Qeyd edək ki, hadisə baş verən gün Eldarla yanaşı daha yeddi tankçının öldüyü bildirilir.

 

Onlar tankdan düşərək qidalanmaq istəyərkən raket zərbəsinə tuş gəliblər. Eldarın nəşini tapmaq mümkün olmayıb. (Oxu.az)


OXŞAR XƏBƏRLƏR

"Qalatasaray" Osimhenə görə böyük məbləğ ödəyəcək

İtaliyanın "Napoli" klubu ilə "Qalatasaray" Viktor Osimhenin 75 milyon avroluq transfer qiyməti barədə razılığa gəliblər.   Sfera...

Prezident: ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük

İndi biz ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük. Biz Vaşinqtondan müsbət mesajları alırıq, o cümlədən Azərbaycanın da buna mesajları ...

İlham Əliyev: Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır

Bizim ədalətli və qəti Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır. Onu qazanmaq üçün isə gündəlik çalışmaq və Qələbəni hər gün yaxınlaşd...

Prezident Zəngəzur dəhlizindən danışdı

“Biz Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər ...

Milli Məclisinin nümayəndə heyəti Şimali Kipr Türk Respublikasında rəsmi səfərdədir – FOTOLAR

Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti Şimali Kipr Türk Respublikasında rəsmi səfərdədir.   Sfera.az bildirir ki, səfər çərçivəsin...

“Heydər Əliyev bu günü görsəydi, oğluna nə deyərdi?” sualına - Prezidentdən cavab

Xəbər verdiyimiz kimi, Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III ...