Ən yüksək maaş hansı ərazilərdədir? - VİDEO

Ən yüksək maaş hansı ərazilərdədir? - VİDEO

Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, 2023-cü il üzrə paytaxtda ən yüksək orta aylıq əməkhaqqı Pirallahı rayonunda qeydə alınıb. 

 

Belə ki, bu rayonda orta aylıq maaş 2 211 manat təşkil edib. Ən aşağı əməkhaqqı isə Binəqədi rayonunda olub. Deyilən ərazidə bu rəqəm 784 manat təşkil edib. 

 

Göstəricilərdən belə məlum olub ki, Pirallahıda orta aylıq əməkhaqqı Binəqədi rayonu ilə müqayisədə 2,8 dəfə çoxdur. 

 

Bəs rayonlar arasında maaşlarda niyə bu qədər fərq var?

 

İqtisadçı Xalid Kərimli məsələyə aydınlıq gətirib.

 

“Birincisi, ölkədə maliyyə, mədənçıxarma və informasiya kommunikasiya texnologiyaları sahəsində əməkhaqqı daha çoxdur. Növbəti amil Pirallahıdakı iş yerlərinin sayı ilə bağlıdır. Oradakı müəssisələrdə rəhbər işçilər olduğu üçün əməkhaqları yüksək olub. İşçi sayı az olanda ümumi vəziyyəti düzgün qiymətləndirmək olmur”, - deyə o bildirib.

 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...