İranlı nazir Pakistana niyə gedir? – Səfərin PƏRDƏARXASI

İranlı nazir Pakistana niyə gedir? – Səfərin PƏRDƏARXASI

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian yanvarın 29-da Pakistana səfər edəcək. Qeyd olunub ki, səfər Pakistan xarici işlər naziri Cəlil Abbas Cilaninin dəvəti ilə baş tutacaq. Nazirlərin ikitərəfli münasibətləri müzakirə edəcəkləri gözlənilir.

 

İki ölkə arasında baş verən son hadisələr fonunda iranlı nazirin səfəri necə dəyərləndirilməlidir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, indiki həssas məqamda İslamabadla gərginlik Tehrana sərf etmir və bu, İrana baha başa gələ bilərdi: “İranla Pakistan arasında gərginlikdə maraqlı olan üçüncü qüvvələr var. Həmin güclər “Tehranın halvasının çalınmasını” istəyirdi. Amma cənub qonşumuz reallıqları anladı və soyuqqanlı davranmağa başladı. Əlbəttə, onlar arasında bir neçə gün davam edən gərginliyin gələcəkdə müharibəyə çevrilməsi daha çox İranın ziyanına olardı. Tehran İslamabadla mübarizə aparacaq səviyyədə deyil. Hər şeydən əvvəl, Pakistan nüvə silahına malikdir. Onun əhalisi daha çoxdur, imkanları daha artıqdır. Həmçinin, müasir geosiyasi mənzərə onu deməyə əsas verir ki, gərginlik daha çox davam etsəydi, xüsusilə Qərb dövlətləri Pakistanı dəstəkləyəcəkdi. Bu isə İran üçün bataqlıq olardı”.

 

Müsahibimiz qeyd edib ki, Tehran və İslamabad gələcəkdə oxşar situasiyanın təkrarlanmaması üçün çalışacaqlar: “İranlı nazirin Pakistana səfəri çərçivəsində artıq keçmişdə qalmış gərginlik və onun səbəbləri, həmçinin ikitərəfli münasibətlərin perspektivi müzakirə olunacaq. Bundan başqa, ola bilsin ki, nazirlər məhz onların üzərindən oyun qurmağa çalışan üçüncü güclərə qarşı mübarizə barədə də danışsınlar”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) Pakistanda yerləşən “Ceyş əl-Adl” qruplaşmasına zərbələr endirib. Yanvarın 17-də Pakistan buna cavab olaraq İran ərazisinə zərbələr endirib və nəticədə 9 nəfər həlak olub.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Novxanıda dənizdə 2 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub. ...

Azərbaycanda da sevilən müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin tanınmış müğənnisi və bəstəkarı Nazan Öncel yenidən xəstəxanaya yerləşdirilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə &...

Litvalı jurnalist: İlham Əliyev bütün çətin suallara qətiyyətlə və səmimi cavab verdi

Azərbaycan bu gün özünü mürəkkəb çağırışların öhdəsindən gəlməyi bacaran və davamlı inkişaf yolunda inamla irəliləyən güclü, dözümlü və etibarlı ölkə kimi nümay...

Hikmət Hacıyev: Qlobal mediaforum Şuşada təsadüfən təşkil olunmayıb

Şuşa Azərbaycan xalqı üçün çox dəyərli bir yerdir və qlobal media forumunun keçirildiyi yer kimi bura təsadüfən seçilməyib.   Sfera.az Report-a ...

Prezidentin köməkçisi: 44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı

44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi &mi...

Tanınmış müğənniyə ağır itkiMüğənni Yaşar Cəlilovun ailəsinə ağır itki üz verib.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, sənətçinin anası Maisə xanım gecə saa...