Pakistanda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Pakistanda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin Milli Müasir Dillər Universitetində (NUML) fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində 20 Yanvar şəhidlərinin anım gününə həsr olunan “20 Yanvar – Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi” adlı seminar təşkil edib.

 

Səfirlikdən Sfera.az-a verilən məlumata görə, seminarda NUML-in müəllim-tələbə heyəti, bu ölkənin beyin mərkəzlərinin nümayəndələri, eləcə də səfirlik əməkdaşları iştirak ediblər.

 

Səfir Xəzər Fərhadov tədbirdə çıxış edərək bu il 20 Yanvar faciəsinin 34-cü ildönümünün anıldığını qeyd edib və Azərbaycanın müstəqilliyi, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərin xatirəsini dərin hörmətlə yad etdiyini ifadə edib. Bu hadisənin Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olmuş bu hadisənin təkcə faciə kimi deyil, eyni zamanda müstəqillik uğrunda Azərbaycan xalqının apardığı azadlıq mübarizəsinin zirvəsi kimi həkk olunduğunu vurğulayıb.

 

X.Fərhadov 20 Yanvar faciəsindən söz açaraq Azərbaycan xalqının SSRİ rəhbərliyinin ayrı-seçkilik siyasətinə, yüz minlərlə azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiya edilməsinə və Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə qarşı əsassız ərazi iddialarına cavab olaraq kütləvi etirazlar keçirdiyini vurğulayıb və xalqımızın başlatdığı milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə Sovet ordusunun beynəlxalq hüququ və Konstitusiyanı kobudcasına pozaraq dinc əhaliyə qarşı misli görünməmiş qırğın törətdiyini diqqətə çatdırıb.

 

Səfir Ümummilli Lider Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixində Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək xalq ilə həmrəylik nümayiş etdirdiyini, bu cinayəti kəskin şəkildə pislədiyini, törədilmiş qırğına siyasi və hüquqi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etdiyini bildirib. Məhz xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra onun birbaşa təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini qeyd edib.

 

X.Fərhadov Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad etdiyini və Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb. Diplomat bu gün Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərin ruhunun şad olduğunu bildirib.

 

Seminarda çıxış edən NUML-in xarici dillər fakültəsinin dekanı professor Cəmil Əsgər Cami və Pakistanın Davamlı inkişaf üçün Qlobal Strateji İnstitutunun icraçı direktoru Məhəmməd Şakil Əhməd Azərbaycan xalqını “böyük keçmişi olan böyük xalq” adlandıraraq 20 Yanvar hadisələrindən söhbət açıb və bu hadisənin Azərbaycan xalqının azadlıq mübarizəsinin simvolu olduğunu qeyd ediblər. Çıxışçılar Azərbaycanın Vətən müharibəsindəki Qələbəsindən də danışaraq ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini hörmətlə yad etdiklərini ifadə ediblər.


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...