"İş yükü çox, aldıqları maaş az..." - Xidmət sektorunun inkişafını ləngidən amillər

Ölkədə xidmət sektorunda çalışan insanların bir çoxu aqressivdirlər. Azərbaycanda istər ticarət, istərsə də digər xidmət obyektlərində müştəri məmnuniyyətinə xüsusi önəm verilmir. Bu da özlüyündə müştəri sayının azalmasına və xidmət sektorunun inkişafının ləngiməsinə səbəb olur.

 

Bəs xidmət sektorunda çalışanların davranış qaydaları necə tənzimlənməlidir?

 

Mövzu ilə ilə bağlı Sfera.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, dünya təcrübəsinə nəzər yetirsək görərik ki, müştərilərlə davranış qaydaları barədə dövlət və qeyri hökumət təşkilatları tərəfindən xüsusi seminarlar keçirilir.

 

“Ölkəmizdə isə xidmət sektoru üçün heç bir təlim və seminar təşkil olunmur. Ümumillikdə Azərbaycanda restoran biznesində vəziyyət ürəkaçan deyil. Xidmət sektorunda çalışanların vətəndaşlarla kobud rəftarı aldıqları məvacibin az olmasından asılıdır. Onların iş yükü çoxdur, lakin aldıqları maaş onları qane etmir. Elə bu baxımdan müştərilərin suallarına və istəklərinə aqressiya göstərirlər”.

 

Eyyub Hüsynov bildirib ki, həmin şəxslər xüsusi treninqlərdə və kurslarda iştirak etməli, xidmət sektorunun davranış qaydalarını öyrənməlidirlər. “Həmin şəxslər əziyyətlərinin qarşılığını ödəyəcək məbləğdə məvacib alsalar işlərini sevərək icra edəcəklər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...