Buz bağlayan yollarla bağlı hansı tədbirlər görülür? - "Çox çətin məsələdir..." + FOTO

2 gün əvvəl yağan qar yolları iflic vəziyyətə qoyub.
Sfera.az xəbər verir ki, Bakının mərkəzindən kənarda yerləşən bütün qəsəbələrdə, ərtaf bölgələrdə, Sumqayıt və Xırdalanda yollar bərbad vəziyyətdədir. İnsanların bir çoxu bu vəziyyətdən narazıdır. Səkilər buz bağladığı üçün insanlar avtomobil yolları ilə getməyə çalışırlar. Bu da onların həyatını təhlükəyə atır. Sadalanan ərazilərdə hərəkətin təhlükəsizliyinin təmin olunması üçün heç bir tədbir görülməyib. Bu hal insanların gündəlik həyatında bir çox problemlərə yol açır.
Yollar buz bağladığına görə Sumqayıt avtobusları 30 dəqiqəlik intervalla fəaliyyət göstərir ki, bu da insanların işə gecikməsinə səbəb olur.
Bəs aidiyyəti qurumlar yolların təmizlənməsi ilə bağlı niyə tədbir görmürlər?
Mövzu ilə bağlı Sfera.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu, ümumilikdə Bakının problemidir. Onun sözlərinə görə, kanalizasiya sisteminin normal qurulmaması qeyri-sabit hava şəraitində öz fəsadlarını göstərir: “Burada birmənalı şəkildə infrastruktur dəyişməlidir. Bu da çox çətin məsələdir. Problemin həll yolu ilə bağlı aidiyyəti orqanlar konkret proqram hazırlamaldır”.
Xatırladaq ki, qarlı hava şəraiti ilə əlaqədar son 2 gündə 60 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzə müraciət edib.
Ülkər Abdurahmanlı