İslandiyada vulkan lavaları yaşayış binalarına çatmaq üzərədir - FOTO

İslandiyada vulkan lavaları yaşayış binalarına çatmaq üzərədir - FOTO

Bir neçə gün öncə İslandiyanın şimal-şərqində püskürən vulkan, ötən gün İslandiyanın Qrindavik şəhərinin şimalında yenidən püskürüb. Bir gün əvvəl bir sıra güclü, kiçik fasilələrlə baş verən zəlzələlər qeydə alınıb.
 

Sfera.az xəbər verir ki, İslandiya hökuməti ötən gecə Qrindavik şəhərini boşaldıb və fövqəladə vəziyyət elan edib.


Təbii fəlakətlər nəticəsində Torbyorn dağının 20 santimetr qərbə doğru irəlilədiyi bildirilir. Vulkanın şəhərin elektrik stansiyasına təsir etməməsi üçün bütün elektrik enerjisi kəsilib.


İslandiya Meteorologiya İdarəsinin son məlumatına görə, lava Qrindavik istiqamətində axır və şəhərin şimal kənarındakı evlərdən 450 metr aralıda yerləşir.


Səlahiyyətlilər isti lava axınlarının şəhər infrastrukturuna, xüsusən də istilik və su təchizatı borularına zərər verə biləcəyindən narahatdırlar.


Bu təxmin, alimlərlə birlikdə püskürmə sahələri üzərində uçan Sahil Mühafizəsi helikopterinin ölçmələrinə əsaslanır. Mülki Müdafiə helikopterdən fotoları sosial şəbəkədə paylaşıb.


İslandiya Meteorologiya İdarəsinin geofiziki Benedikt Ofeigsson deyir ki, lavanın təzyiqi altında yarığın genişlənməsi gözlənilir. Sonra püskürmənin gücü azalacaq, iki və ya üç aktiv krater görünəcək.


"Bu, yəqin ki, püskürmənin baş verməsi üçün ən pis yerlərdən biridir və püskürmə davam edərsə, Qrindaviki tamamilə təhlükə altına qoyur"-deyə vulkanoloq Thorvaldur Thordarson bildirib.
 

Qeyd edək ki, açılan çat 2500 il əvvəl püskürmənin baş verdiyi yerdədir. Mütəxəssislərin fikrincə, bu səhər başlayan püskürmə növbəti on ildən on iki ilə qədər davam edə bilər.


Püskürmə zonasındakı vəziyyət real vaxt rejimində bir neçə müşahidə kameraları tərəfindən izlənilir.


Xatırladaq ki, ötən həftə İslandiyada bir yerli sakin açılan çuxura düşüb. Onun axtarışları davam etsə də, hələlik yeni məlumat əldə edilməyib.


Vulkan zonasında son vəziyyət

 

 

Xatırladaq ki, dünyada 45 vulkan oyanıb və püskürməyə başlayır. İslandiyadan İtaliyaya qədər bütün dünyada vulkanik aktivlik müşahidə olunub, bəziləri hadisələrin fəlakətin xəbərçisi ola biləcəyindən ehtiyat edirlər

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...