ABŞ-nin müdafiə naziri xəstəxanadan evə buraxıldı

Dünya
23:49 / 15.01.2024
6666
ABŞ-nin müdafiə naziri Lloyd Ostin xəstəxanadan buraxılıb.
Sfera.az "Röyters"ə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, Ostinə həkimlər prostat xərçəngi diaqnozu qoyduqdan sonra onun müalicəsi davam edir.
Xatırladaq ki, o, yanvarın 1-də xəstəxanaya yerləşdirilib, lakin prezident administrasiyası bu barədə yalnız beş gündən sonra xəbər yayıb.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Pentaqonun rəhbərinin xəstəliyini ABŞ prezidenti Co Baydendən gizlətməsi faktını şərh edib. Onun sözlərinə görə, Ostinin bu vəziyyəti müdafiə departamenti üçün problemə çevrilib.
İnci