Vyetnamda ordu təyyarəsi qəzaya uğradı - FOTOLAR

Vyetnam Hərbi Hava Qüvvələrinə məxsus Su-22M4 qırıcısı Quanq Nam əyalətində təlim uçuşu zamanı qəzaya uğrayıb. Qəza pilotun idarəetməni itirməsi nəticəsində baş verib və təyyarə Jien Ban küçələrində yerə çırpılıb.
Sfera.az bildirir ki, təlim uçuşu zamanı idarəetməni itirən pilot, qəzaya uğrayan təyyarəni yaşayış binalarından uzaqlaşdırmağa və sonra onu boş əraziyə atmağa nail olub.
Çırpılma nəticəsində təyyarənin ön və arxa hissələri təxminən 200 metr məsafəyə səpələnib.
İlkin məlumatlara görə, tələfat yoxdur. Bir nəfərin yaralanıb və yerli sakinlərin şəxsi əmlakına ziyan dəyib. Həmçinin bildirilir ki, şəhər səlahiyyətliləri qurbanlara dörd milyon Vyetnam donquna (163 dollar) qədər pul ödəməklə əhaliyə dəymiş ziyanı kompensasiya edəcəyini bildirib.
Qeyd edək ki, fəlakət təyyarənin texniki nasazlığı səbəbindən baş verib.
Bu, son bir ildə ilk belə qəza deyil. 2023-cü ili yanvar ayının sonunda daVyetnam Hərbi Hava Qüvvələrinə məxsus Su-22M4 təyyarəsi qəzaya uğramış, pilot həlak olmuşdu.
Bəzi məlumatlara görə, Vyetnam Hərbi Hava Qüvvələrinin xidmətində təxminən iki Su-22M4 var. Bu, kəşfiyyat avadanlığı ilə təchiz edilmiş Sovet Su-17M4-ün ixrac versiyasıdır.
Açıq mənbələrdən alınan məlumatlara görə, Vyetnamın döyüş aviasiya donanması əsasən köhnə sovet və rus texnikasından - müxtəlif modifikasiyalı MiQ-21-lərdən (təxminən 144 ədəd) ibarətdir. Həmçinin xidmətdə 12 Su-27 və 35 Su-30MK2 təyyarələri var.
Aysel
Sfera.az