Seyran Ohanyan Ermənistan ordusunun problemlərindən danışdı: "44 günlük müharibədən sonra..."

Ermənistan ordusunda baş verən son faciəli hadisələr, sistemli problemlər, 2018-ci ildən nizam-intizamın qəsdən pisləşməsinin nəticəsidir.
Sfera.az xəbər verir ki, bu fikri Ermənistanın keçmiş müdafiə naziri, parlamentin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan Sputnik Ermənistan-a açıqlamasında deyib.
2008-2016-cı illərdə Ermənistanın müdafiə idarəsinə rəhbərlik edən deputat qeyd edib ki, əvvəllər də orduda müxtəlif növ fövqəladə hallar olub, lakin onlar hərtərəfli araşdırılıb, hər bir hadisə ətrafında ətraflı araşdırma aparılıb, ideoloji-tərbiyə işi sistemi formalaşıb.
Bununla belə, sabiq nazir 2018-ci ildən başlayaraq (indiki komanda hakimiyyətə gəldikdən sonra – red.) orduda nizam-intizamın davamlı olaraq aşağı düşdüyünü qeyd edib.
S.Ohanyan silahlı qüvvələrlə bağlı siyasət səviyyəsinin gündəlik səviyyəyə endirildiyini, vaxtaşırı kadr dəyişikliklərinin bütün səviyyələrin, xüsusən də taktiki səviyyənin işinə çox ciddi təsir etdiyini vurğulayıb. Keçmiş nazir qeyd edib ki, kadr dəyişikliyi komandirlərin hazırlığına da mənfi təsir göstərib.
"Hərbi rəhbərlik bilir ki, problemli hərbi hissə və birləşmələr var, onlar yerlərdəki komandirlərin səviyyəsini, mövcud problemləri yaxşı bilirlər. Onlar bu bölmələrə ciddi yanaşmalıdırlar", - Ohanyan deyib.
Eks nazir orduda nizam-intizamın pozulmasında 44 günlük Qarabağ savaşının da rol oynadığını sözlərinə əlavə edib.
Əzizə Zeynal