"ADY ayrı-seçkiliyə yol verib, rəqabəti məhdudlaşdırıb, qanunsuz olaraq..." - RƏSMİ MƏLUMAT

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (Dövlət Xidməti) “Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırıb.


Sfera.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, işin qaldırılmasına səbəb antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləridir.


Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti də həyata keçirir.


Dövlət Xidmətinə “Azərbaycan Dəmir Yolları” QSC-nin infrastrukturu vasitəsilə fəaliyyətini həyata keçirən bir neçə ekspeditor (özəl nəqliyyat) şirkətlərindən müraciətlər daxil olub. Müraciətlərdə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən həmin şirkətlərə qarşı haqsız rəqabətə və ayrı-seçkiliyə yol verildiyi, eləcə də bazar subyektləri ilə əməkdaşlıqdan əsassız olaraq imtina edildiyi bildirilib. 


Daxil olan məlumatlar əsasında Dövlət Xidməti tərəfindən bu istiqamətdə antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti üzrə araşdırma aparılıb.

 


Araşdırma nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC barəsində bazarda rəqabətin məhdudlaşdırılması, rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması və dayandırılması, kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi və təsərrüfat qərarlarının icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi əlamətləri üzrə antiinhisar qanunvericiliyinə əsasən iş qaldırılıb. 


Məlumat üçün bildirək ki, “Azərbaycanın Dəmir Yolu” QSC dəmir yolu nəqliyyatı üzrə əsas daşıma operatorudur və bu sahədə digər xidmətlərə olan tələbatı təmin etməlidir. Qurum dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında hərəkətin idarə edilməsi fəaliyyətini həyata keçirməlidir.


“Azərbaycanın Dəmir Yolu” QSC fəaliyyəti ən çox tənqid edilən dövlət şirkətlərindən biridir. Bu sahədə uzun müddət idarəetmənin düzgün təşkil edilməməsi ilə əlaqədar cəmiyyətimizdə, özəl nəqliyyat şirkətlərində dövlət qurumuna qarşı narazılıqlar artıb. Dövlət şikətinin rəhbərliyində 2022-ci ildə dəyişikliyin həyata keçirilməsinə baxmayaraq, qurumun fəaliyyətində mahiyyətcə keyfiyyət dəyişikliyi hələ də baş verməyib. Məhz bunun nəticəsidir ki, Dövlət Xidməti “Azərbaycanın Dəmir Yolu” QSC-yə qarşı antiinhisar qanunvericiliyini pozulmasına görə iş qaldırıb.


Altay



 


OXŞAR XƏBƏRLƏR

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....