"Mənə də efirdə 4 otaqlı ev bağışlasalar, götürərəm, desələr ki, "dombalaq aş"... " - VİDEO

"Mənə də bahalı ətir hədiyyə ediblər. Toylara getmirəm, toy aparmıram və toy sahəsində yoxam.

 

Bir insana boş yerdən ev hədiyyə etməzlər. Əgər mənə də belə bir hədiyyə versələr, qəbul edərəm".

 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.

 

Proqramın aparıcısı Tarix Əliyevin (Tolik) "Bu dəqiqə verilişdə sizə 4 otaqlı mənzilinin açarlarını versələr götürərsiniz?" sualına Rövşanə belə cavab verib:

 

"Niyə götürmərəm ki,... Sizə versələr götürməzsiniz ki? Götürərəm, amma sual yaranır ki, bu evi mənə nə məqsədlə verirlər? Sonunda nə olacaq? Məndən bu evin qarşılığında nə istəyəcəklər?"

 

Rövşanə efirlərdə şou əhlinə bağışlanan ev və avtomobili gənclərin tərbiyəsinə mənfi təsir göstərdiyini vurğulayıb:

 

"Verilişlərdə bu cür halların yaşanması heç də xoş deyil. Belə şeylər eləməsinlər. İndi siz mənə desəniz ki, "donbalaq aş", mən donbalaq aşmalıyam? İnsan özünə hörmət etməlidir. Bu nədir axı, müğənnilərə ev və avtomobilin açarları verilir? Belə şeylər gənclərin tərbiyəsini pozur.

 

Övladlarımız baxır görür ki, nə gözəl oxuma, heç bir iş görmə, təhsil alma, elə çıx efirdə oranı-buranı fırlat və sənə ev, avtomobil verəcəklər. 

 

Bu, həqiqətən də gülməli idi. Bu hədiyyəni verdikləri təqdirdə əvəzinə həmin insandan nə istəyirlər? Və həmin evi, avtomobili alan insanlar qarşılığında nə verirlər onlara? Özü də bu kimi hədiyyələri yalnız qadın müğənnilərə verirlər".

 

Qeyd edək ki, bir müddət əvvəl efirlərdə müğənnilər Şəbnəm Tovuzluya avtomobil, Türkan Vəlizadəyə isə ev hədiyyə olunub.

 


OXŞAR XƏBƏRLƏR

Güclü qasırğa ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixlərdə EHTİYATLI OLUN!

Günəşdəki dəyişiklikləri izləyən xarici laboratoriyaların məlumatına əsasən, oktyabrda Yerdə bir neçə maqnit qasırğası qeydə alınacaq.   Sfera.az xa...

Müdafiə naziri Zəfər parkında OLDU

Sentyabrın 27-də - Anım Günündə Müdafiə Nazirliyinin rəhbər heyəti və Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin bir qr...

Məşhur aparıcının azyaşlı qızının bağçada ölməsi ilə bağlı ARAŞDIRMA APARILIR

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır.   Sfera.az xəbər verir ki, hadisə i...

Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”

“Bu gün biz birmənalı olaraq deyə bilərik ki, keçmiş Qarabağ münaqişəsinin hərbi yolla həllini qaçılmaz edən əsas səbəblərdən biri məhz beynəlxalq riyakar...

Bu şəhərdən Bakıya uçuşlar BAŞLANILACAQ

Rusiyanın Kaluqa vilayətinin hökuməti “Azimut” aviaşirkəti ilə Kaluqa Beynəlxalq Hava Limanından Bakıya uçuşlara başlanılmasını müzakirə edir. &n...

Vəzifəli şəxsin həyat yoldaşı işdən çıxarıldı - FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) keçmiş sədri, VII çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyevin həyat yoldaşı Böyükxanım Mirzə ...