Baş Prokurorluq və DİN Qəbələdəki insidentlə bağlı məlumat yaydı

Baş Prokurorluq və DİN Qəbələdəki insidentlə bağlı məlumat yaydı

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Qəbələnin Vəndam qəsəbəsində polislə vətəndaş arasında baş verən insidentlə bağlı birgə məlumat yayıb.

 

Sfera.az xəbər verir ki, birgə yayılan məlumatda polis əməkdaşlarına müqavimət göstərməkdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edildiyi bildirilib.

 

Qeyd edilib ki, dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində xidməti vəzifələrini icra edən polis əməkdaşlarına zor tətbiq olunmasına dair rayon prokurorluğuna məlumat daxil olub.

 

“Aparılan araşdırma zamanı Qəbələ rayonunun Vəndam qəsəbə sakini 1981-ci il təvəllüdlü Səxavət Ağayevin qeyd olunan tarixdə yaşadığı qəsəbənin ərazisində yol hərəkəti qaydalarını pozaraq sərxoş vəziyyətdə müvafiq etibarnamə olmadan idarə etdiyi “Vaz 2107” minik markalı avtomobillə saxlanılarkən 1974-cü il təvəllüdlü qardaşı Eldəniz Ağayevlə birgə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına və əxlaq normalarına saymazlıq nümayiş etdirmələri, ictimai qaydanı kobud surətdə pozmaları, habelə hakimiyyət nümayəndəsi qismində ictimai qaydanın qorunması üzrə vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə müqavimət göstərmələrinə və Qəbələ RPŞ-yə məxsus avtomobili zədələmələrinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı başlanmış cinayət işi üzrə Eldəniz Ağayev Cinayət Məclləsinin 221.3 (silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), Səxavət Ağayev isə həmin Məcəllənin 221.2.1, 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 315-ci maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

 

Məhkəmənin qərarı ilə Eldəniz Ağayev barəsində həbs, Səxavət Ağayev barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

Cinayət işi üzrə bütün hallar tam, hərtərəfli və obyektiv istintaq edilməklə təqsiri olan bütün şəxslərin əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcək” – məlumatda qeyd olunur.


OXŞAR XƏBƏRLƏR

Rusiyada jurnalistlərə cinayət işi açıldı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) daha 3 əcnəbi jurnalistə qarşı sərhədi qanunsuz keçməyə görə cinayət işi açıb.   Sfera.az xəbər verir ki, ...

Güclü qasırğa ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixlərdə EHTİYATLI OLUN!

Günəşdəki dəyişiklikləri izləyən xarici laboratoriyaların məlumatına əsasən, oktyabrda Yerdə bir neçə maqnit qasırğası qeydə alınacaq.   Sfera.az xa...

Müdafiə naziri Zəfər parkında OLDU

Sentyabrın 27-də - Anım Günündə Müdafiə Nazirliyinin rəhbər heyəti və Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin bir qr...

Məşhur aparıcının azyaşlı qızının bağçada ölməsi ilə bağlı ARAŞDIRMA APARILIR

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır.   Sfera.az xəbər verir ki, hadisə i...

Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”

“Bu gün biz birmənalı olaraq deyə bilərik ki, keçmiş Qarabağ münaqişəsinin hərbi yolla həllini qaçılmaz edən əsas səbəblərdən biri məhz beynəlxalq riyakar...

Bu şəhərdən Bakıya uçuşlar BAŞLANILACAQ

Rusiyanın Kaluqa vilayətinin hökuməti “Azimut” aviaşirkəti ilə Kaluqa Beynəlxalq Hava Limanından Bakıya uçuşlara başlanılmasını müzakirə edir. &n...